Əhvazdakı hərbi parada hücumun məsuliyyətini üzərinə götürən İŞİD terror qruplaşması hücumçuların videosunu yayıb - FOTOLAR və VİDEO

Əhvazdakı hərbi parada hücumun məsuliyyətini üzərinə götürən İŞİD terror qruplaşması hücumçuların videosunu yayıb - FOTOLAR və VİDEO

GünAzTV: Üç gün əvvəl İranın Xuzistan əalətinin Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücumun məsuliyyətini öz üzərinə götürən İŞİD terror qruplaşması sentyabrın 24-də, hücumçuların əməliyyatdan əvvəl çəkdirdiyi videosunu yayıb.

 

Yayılan video-çarxda 4 hücümçüdan 3-ü danışır. İkisi ərəb dilində, biri isə fars dilində danışan hücumçular, valideynləri ilə vidalaşaraq, Allah yolunda cəhad etməyi, onun əmrini yerinə yetirərək “kafir və mürtəd”ləri öldürüb cənnətə düşməyi özləri üçün ən böyük nemət saydıqlarını bəyan edirlər. Dördüncü hücumu barədə hər hansı bir məlumat verilmir. Video-çarxın həqiqətən İŞİD-ə məxsus olub-olmaması, rəsmi mənbələr tərəfindən hələlik tam təsdiqlənməyib.

 

Xatırladaq ki, sentyabrın 22-də İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücum olub. Dörd silahlı şəxs, şəhərin “Qüds” bulvarında keçirilən hərbi parada qatılanlara yaxınlıqda yerləşən bir parkın içindən odlu silahlardan atəş açıb. Atəş nəticəsində ən azı 25 “Sepah”çı, hərbçi və mülki vətəndaş həlak olub, 60-a yaxın insan yaralanıb.

 

 

 

Videoda danışan İŞİD-çi hücumçulardan ikisinin meyitləri

 

İran ərəblərinin milli və dini hüquqları uğrunda mübarizə apardığını bildirən “Əl-Əhvaz Qurtuluş Ərəb Hərəkatı hücumun məsuliyyətini üzərinə görsə də, az sonra həmin cərəyanın bununla bağlı yayılan məlumatları təkzib etməsi barədə məlumatlar yayılıb. Hadisədən az sonra İŞİD terror qruplaşması yaydığı bir bəyanatda hərbi parada silahlı hücumun məsuliyyətini üzərinə götürüb və bununla bağlı sözü gedən videonu yayıb.

 

VİDEO:

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN