Əlcəzairdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində 257 nəfər ölüb

Əlcəzairdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində 257 nəfər ölüb

GünAz TV: Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb.

 

Ölkənin Dövlət Televiziyası qəza nəticəsində 257 hərbçinin öldüyü barədə məlumat yayıb.

 

Əlcəzair Müdafiə Nazirliyi qəza xəbərini təsdiqləsə də, ölənlərin sayı ilə bağlı hər hansı açıqlama verməyib.

 

"İl-76” təyyarəsi bu gün səhər saatlarında havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Kənd təsərrüfatı tarlasına düşən təyyarə yanıb.

 

Qəzadan sağ qurtaranların olmadığı bildirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN