Elena Dunayeva: “İranlılar düşünürlər ki, Amerika ilə müharibə olsa, Rusiya onları qorumağa borcludur, amma belə deyil”- FOTOLAR

2019-05-23 16:05

GünAz TV: Bu günlərdə İrana rəsmi səfər etmiş Moskva Şərqşünaslıq İnstitutunun professoru Elena Dunayeva Amerika ilə İran arasında yaşanan son gərginliklərə münasibət bildirib.

 

O, Tehrana nüvə razılaşmasından çıxmamağı və bununla da beynəlxalq ictimaiyyət arasında öz etibarını qoruyub saxlamağı tövsiyə edib. Professor həmçinin rəsmi Tehranın qeyd edilən razılaşma çərçivəsində üzərinə götürdüyü bəzi öhdəliklərin icrasını dayandırmaqla bağlı qərarını yanlış addım adlandırıb.

 

Son dövrlər Tehranla Vaşinqton arasında yaşanan gərginliyə də münasibət bildirən Dunayeva deyib ki, iranlı rəsmilərin onlardan gözləntiləri çoxdur. Onlar düşünürlər ki, Rusiya hər bir məsələdə İranı qorumalıdır, halbuki iki ölkə arasında (ABŞ-İran-red.) müharibə başlasa, ona hərbi müdaxilə etmək Rusiyanın maraqları çərçivəsində deyil.

 

 

Professor Suriyada da Moskva ilə Tehran arasında heç bir müttəfiqliyin olmadığını, sadəcə maraqların ortaq olduğu üçün İranla əməkdaşlıq etdiklərini deyib.

 

“İranda bəziləri yanlış təsəvvürdədirlər və deyirlər ki, Rusiya İranı müdafiə etməlidir. Yəmənə müdaxilə etməli, rəsmi Tehranla Riyad arasındakı ixtilaflarda İranın tərəfini tutmalıdır. Lakin Rusiya regionda öz maraqlarını güdür və bəzən bu maraqlar İranla üst-üstə düşür. Amma bəzi sahələrdə isə maraqlar fərqlidir”- deyə şərqşünas əlavə edib.

 

O, 2002-ci ildə Tehranla Moskva arasında imzalanmış dostluq sazişinə də toxunub və qeyd edib ki, “iranlıların (rəsmilər-red.) Rusiya ilə bağlı təsəvvür və gözləntiləri yanlışdır. Onlar sanırlar ki, biz Livan Hizbullahını və regionda fəaliyyət göstərən şiə yaraqlılarını qorumalıyıq. Suriyada bizim öz maraqlarımız var və bu İranın maraqlarına yaxındır. Buna görə orada əməkdaşlığımız olubsa, bu, Rusiyanın həmin ölkədə öz maraqlarını qoruduğu deməkdir, İran maraqlarını deyil.”

 

 

Elena Dunayeva Moskvanın Amerika ilə münasibətlərinin soyuq olması faktını əsas gətirərək, İranla ABŞ arasında vasitəçilik missiasını da həyata keçirə bilməyəcəyini deyib.

 

Qeyd etmək lazımdır ki, bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin də oxşar bəyanatla çıxış etmişdi. O, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ilə görüşündən bir gün sonra jurnalistlərə verdiyi açıqlamada İrana nüvə razılaşmasından çıxmamağı tövsiyə etmişdi. İranla Amerika arasında baş tuta biləcək hərbi qarşıdurmadan da danışan Putin bildirmişdi ki, “Rusiya hər kəsə kömək edə biləcək yanğınsöndürən briqada deyil”.

 

 

Onun bu sözləri müharibə olarsa, Rusiyanın buna qarışmayacağı anlamına gəlir.

 

Mütəxəssislərin fikrinə görə, Rusiya çoxdan Tehranla yollarını ayırıb. Belə ki, uzun müddətdir İsrailin Suriyada “SEPAH” və ona bağlı şiə yaraqlılarına qarşı həyata keçirdiyi hava hücumları qarşısında Rusiyanın İrana dəstək hesab ediləcək heç bir reaksiya verməməsi bunun bariz nümunəsidir.

 

Hətta cari ilin yanvar ayında İsrailin yenidən Suriyada həyata keçirdiyi hava əməliyyatı nəticəsində çoxlu sayda “SEPAH” üzvünün ölməsindən sonra İran bu məsələyə yüksək rəsmilər səviyyəsində münasibət bildirmişdi. Belə ki, yanvarın 24-də İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Hişmətullah Fəllahətpişə Rusiyanı İsrail ilə uzlaşmaqda ittiham etmişdi. O, rəsmi Moskvanı Tel-Əvivlə hansısa razılaşma əldə etməkdə ittiham edərək, İsrail Suriyada “SEPAH”a qarşı hava hücumları həyata keçirən zaman Rusiyanın bu ölkədə yerləşdirdiyi S-300 hava hücumundan müdafiə sistemlərini söndürdüyünü demişdi.

 

 

İranlı rəsminin bu sözlərinə cavab çox gecikmədən, yanvarın 25-də gəlmişdi. Fəllahətpişənin gileylərinə münasibət bildirən Rusiya Xarici İşlər Nazirinin müavini Serger Ryabkov yanvarın 25-də CNN-ə İranın Suriyada ölkəsinin müttəfiqi olmadığını demişdi. Ryabkanov İsrailin təhlükəsizliyinin ölkəsi üçün əsas prioritetlərdən olduğunu, bu mövqe ilə Amerika və İsrail də daxil olmaqla, hamının, eləcə də İran və Türkiyənin də xəbərdar olduğunu bildirmişdi. Diplomat rəsmi Moskva ilə Tehranın Suriyada müttəfiq olmadığını, yalnız müəyyən maraqlar çərçivəsində əməkdaşlıq etdiyini bir daha vurğulamışdı.

 

 

Rusiyadan prezident də daxil olmaqla, yüksək ranklı rəsmilərin bu formada açıqlamaları bir daha göstərir ki, rəsmi Moskva münaqişə başladığı təqdirdə, İranı döyüş meydanında Amerika ilə təkbətək buraxacaq.  

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Məşhəddə daha 1 məhkum edam edilib

2020-06-02

gun az article

GünazTV June.02.2020: Bazar günü şiddət hadisələrinin yaşandığı etiraz dalğalarının ardından həftənin ilk günü paytaxt Vaşinqtonda sülh məqsədli protestlər keçirildi.

2020-06-02

gun az article

İranda daha 64 nəfər koronavirisdan ölüb, 3117 nəfər də infeksiyaya yoluxub

2020-06-02

gun az article

Kirmanda narkotik maddə qaçaqmalçıları ilə atışmada sıravi əsgər həlak olub

2020-06-02

gun az article

Zərif Sirus Əsgərinin Amerikadan İrana doğru yola düşdüyünü bəyan edib

2020-06-02

gun az article

‍Əhməd Cənnəti: "Deputatlar namizədliklərin təsdiqlənməməsindən dərs çıxarsınlar"

2020-06-02

gun az article

Kirmanşah əyalətində koronavirusa yoluxanların sayı 4872 nəfərə çatıb

2020-06-02

gun az article

Pompeo: “İranın təhdidləri davam edədənə qədər ABŞ-ın maksimum təzyiq kampaniyası da davam edəcək”

2020-06-02

gun az article

Müctəba Zonnur: "Noyabr etirazlarında 230 nəfər öldürülüb, 7 min nəfər yaralanıb"

2020-06-01

gun az article

İrandan Azərbaycan vasitəsilə Avstriyaya 281 kq heroinin aparılmasının qarşısını alınıb- FOTO

2020-06-01

gun az article

Abbas Musavi İranın iki vətəndaşının Türkiyə tərəfindən İraqda öldürülməsi məsələsinə münasibət bildirib

2020-06-01

gun az article

İran ordusunun komandanının müavini "Sepah"ı sərt tənqid edib

2020-06-01

gun az article

İranda son 1 sutkada 81 nəfər koronavirusdan ölüb

2020-06-01

gun az article

Əhvaz və Mehrabad hava limanlarında iki təyyarə təcili eniş edib

2020-06-01

gun az article

İranın Xuzistan əyalətində qadınların boksla məşğul olması qadağan edilib

2020-06-01

gun az article

İranın Şuştər şəhərində 30-a yaxın ərəb fəalı həbs edilib

2020-05-31

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2516 nəfər xəstəliyə tutulub

2020-05-31

gun az article

Xuzistanın 20 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-05-31

gun az article

İranın Yəzd şəhərində daha 2 bəhai həbs edilib

2020-05-31

gun az article

Edama məhkum edilən güney azərbaycanlı həkimin son vəziyyəti

2020-05-31