Əli Əkbər Salehi: “Avropalılar “SPV”inin yaradılması ilə bağlı vədlərinə əməl etməsələr, gələcək dəyişikliklər hamıya ziyan edə bilər”

Əli Əkbər Salehi: “Avropalılar “SPV”inin yaradılması ilə bağlı vədlərinə əməl etməsələr, gələcək dəyişikliklər hamıya ziyan edə bilər”

GünAzTV: İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi yanvarın 27-də jurnalistlərə açıqlamasında Avropa ölkələri tərəfindən İran üçün nəzərdə tutulmuş xüsusi maliyyə mexanizminin (“SPV”) yaradılmasının ləngidilməsindən gileylənib.

 

Salehi deyib ki, nə qədər ki, gec deyil, Avropa ölkələri İranla xüsusi maliyyə mexanizminin yaradılması ilə bağlı verdikləri vədə əməl etməlidirlər: “Lakin avropalılar bu barədə verdikləri vədə əməl etməsələr, gələcəkdə baş verəcək dəyişikliklər və atılacaq addımlar hamıya ziyan edə bilər. Bir sözlə, bu, nə İrana, nə avropalılara, nə də nüvə sazişini (“Bərcam”ı) imzalamış ölkələr üçün heç də yaxşı olmayacaq.

 

Nüvə sazişinin əldə olunması üçün çoxlu səylər göstərilib. Elə buna görə də, biz bu sazişin onu imzalamış ölkələr tərəfindən pozulmasını istəmirik. İran İslam Respublikası bu sazişin icrası ilə bağlı üzərinə götürdüyü bütün öhdəliklərə əməl edib və Beynəlxalq Atom Enerjisi Təşkilatının məsələ ilə bağlı təqdim etdiyi 13 hesabatı da bunu təsdiq edir. Lakin avropalılar İranla xüsusi maliyyə mexanizminin (“SPV”) yaradılması üçün bir neçə ay əvvəl söz versələr də, verilən vədlər bu günə qədər gerçəkləşdirilməyib.

 

Hesab edirik ki, əgər bizimlə avropalılar arasında olan bu etimada xələl gəlsə, oyunu hamı uduzacaq. Halbuki, biz hamının bu meydandan qalib kimi çıxmasının və bir-birimizlə əməkdaşlıq etməyin tərəfdarıyıq. Biz istəyirik ki, nüvə sazişindən (“Bərcam”dan) hamı qazanc götürsün. Əgər bu meydandan heç kəs qalib çıxmasa, bu heç də avropalıların xeyrinə olmayacaq”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN