Əli Əkbər Salehi: “Biz, nüvə sazişini pozan tərəf olmayacağıq”

Əli Əkbər Salehi: “Biz, nüvə sazişini pozan tərəf olmayacağıq”

GünAzTV: İranın Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi, yanvarın 24-də Qətərin “Əlcəzirə” telekanalına müsahibəsində Tehranla Qərb arasında əldə edilmiş nüvə sazişindən və Amerika yeni hökumətinin məsələyə mümkün münasibətindən danışıb.

 

Salehi bildirib ki, İran, nüvə sazişinin şərtlərinə və onun icrasına sadiq qalacaq: “İran nüvə sazişini pozan tərəf olmayacaq. Biz bunda ciddiyik. Lakin əgər Amerika bu sazişlə, yəni “Bərcam”la bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməsə, o zaman, biz də nüvə sazişindən əvvəlki şəraitə və vəziyyətə qayıdacağıq. Belə olduqda isə, biz yox, Amerika hökuməti bundan ziyan görəcək”.

 

Əli Əkbər Salehi həmçinin Amerikanı dünyanın böyük banklarının Iran bank sistemi ilə əməkdaşlığına mane olmaqda günahlandırsa da, nüvə sazişinin ölkəyə qoyulan beynəlxalq sanksiyaların ləğv olunmasındakı müsbət roluna da toxunub: “İranla “Boeing” və “Airbus” kimi nəhəng ticari şirkətləri arasında imzalanan və ümumi dəyəri on milyardlarla dollar olan müqavilələrin bağlanması, bu sazişin müsbət tərəflərindəndir.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN