Əli Əkbər Salehi: “Blokadaya alınmış pullarımızdan 100 milyard dolları azad edilib”

Əli Əkbər Salehi: “Blokadaya alınmış pullarımızdan 100 milyard dolları azad edilib”

GünAzTV: İranın Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi, fevralın 25-də jurnalistlərə açıqlamasında Tehranla Qərb arasında əldə edilən nüvə sazişindən və İranın blokadaya alınmış pullarından danışıb.

 

Salehi bildirib ki, əgər nüvə razılaşması (Bərcam) olmasaydı, İran İslam Respublikasının iqtisadi baxımdan durumu qat-qat pis olardı: “Mən səmimi şəkildə deyirəm ki, əgər bu saziş olmasaydı, biz indi daha ağır və çətin bir şəraitdə və durumda olardıq. Düzdür, ölkəmiz mövcud problemlərdən çıxmaq üçün hansısa bir yol axtarıb tapacaqdı. Lakin bu bizə çox ağır başa gələck idi.

 

Nüvə sazişinin əldə edilməsinin ardınca, sanksiyalar aradan qaldırılmağa başlarkən ölkənin blokadaya alınmış pullarından 100 milyard dolları tədriclə azad edilib. Biz isə hazırda həmin pullardan istifadə edə bilərik. Bu pullar, təkcə hökumətə və ya mərkəzi banka yox, islam respublikasındakı aidiyyətli bütün qurumlara məxsusdur”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN