Əli Əkbər Salehi: “İran uranı 20% zənginləşdirmək üçün ilkin işlərə başlayıb”

Əli Əkbər Salehi: “İran uranı 20% zənginləşdirmək üçün ilkin işlərə başlayıb”

GünAz TV: “Associated Press”in məlumatına görə, İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ölkəsinin modern üsullardan istifadə edərək 20% zənginləşdirilmiş uran istehsal etmək üçün ilkin fəaliyyətləri başlatdığını deyib.

 

Onun sözlərinə görə, “Uran Tehran Tədqiqat Reaktorunda istifadə edilmək üçün 20% həddində zənginləşdiriləcək”.

 

Salehinin bu sözləri beynəlxalq ictimaiyyətin narahatlığı ilə qarşılanıb. Əksər dünya ölkələri İranın uranı nüvə silahı əldə etmək üçün zənginləşdirdiyi qənaətindədir.

 

Qeyd edək ki, 2018-ci ilin may ayında Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp nüvə razılaşmasının İranı atom bombası əldə etməkdən, terrorizmə dəstək göstərməkdən və digər provokativ addımlardan saxlamadığını bildirərək, ölkəsinin birtərəfli olaraq bu razılaşmadan çıxdığını elan etmişdi. İran bir çox terror təşkilatına maddi və hərbi yardım etdiyinə görə, rəsmi Tehranın yenidən nüvə fəaliyyətinə başlayacağını elan etməsi isə dünya ölkələri arasında narahatlığa səbəb olub.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN