Əli Əkbər Salehi: “Kiçik və orta atom reaktorlarından istifadə etmək niyyətindəyik”

Əli Əkbər Salehi: “Kiçik və orta atom reaktorlarından istifadə etmək niyyətindəyik”

GünAzTV: İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi sentyabrın 19-da jurnalistlərə açıqlamasında İranın nüvə fəaliyyətindən və Ərak nüvə təsisatının fəaliyyəti ilə bağlı Çinlə birgə əməkdaşlıqdan danışıb.

 

Beynəlxalq Atom Enerjisi Agentliyinin Vyanada keçirilən 62-ci konfransı zamanı çinli həmkarı ilə görüşdən sonra jurnalistlərə açıqlama verən Salehi bildirib ki, İran böyük atom reaktorları əvəzinə kiçik və orta atom reaktorlardan istifadə etmək niyyətindədir: “Bizim böyük atom reaktorlar əvəzinə kiçik və orta reaktorlara üz tutmamğımızın səbəbi iqlim şəraiti ilə bağlıdır. Biz Ərakın reaktor təsisatının yenidən qurulması üçün Çinlə əməkdaşlığı müsbət qarşılayırıq. Hazırda isə bu sahədə aparılan bütün işlər müsbət istiqamətdə istiqamətdə edir”.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN