Əli Əkbər Vilayəti: “Amerikalılar istəsələr də, istəməsələr də bölgədən çıxıb getməlidirlər”

Əli Əkbər Vilayəti: “Amerikalılar istəsələr də, istəməsələr də bölgədən çıxıb getməlidirlər”

GünAzTV: İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti dekabrın 13-də jurnalistlərə açıqlamasında Amerikanın regionda, o cümlədən də İraq və Suriyadakı hərbi mövcudluğundan danışıb.

 

Vilayəti bildirib ki, Amerikanın regionda “iğtişaş törədən əsas amilləri” artıq məhv edilib: “Amerikalıları heç kəs buraya dəvət etməyib. Onlar, dəvət olunmadan bu regina gəliblər və burada zorakılıq edərək öz hegemonluqlarını hakim etməyə çalışırlar. Amerikalılar, həm İraqda, həm də Suriyada, o cümlədən də Raqqa şəhərində sabitliyi pozaraq yenidən iğtişaş törətmək niyyətindədirlər. Biz isə hesab edirik ki, onlar istəsələr də, istəməsələr də bölgədən çıxıb getməlidirlər. Çünki, onların burada öz hərbi mövcudluqlarını qoruyub saxlamasına heç bir əsas yoxdur. Bu region, bu bölgədə yaşayan insanlara məxsusdur.

 

Əminik ki, Suriya xalqı və onun dövləti bu ölkənin amerikalıların işğalında olan bəzi ərazilərini onlardan təmizləyərək, amerikalıları təhqir olunmuş şəkildə həmin ərazilərdən çıxaracaqlar”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN