Əli Əkbər Vilayəti: “Amerikalıların hərbi mərkəzlərimizdən baxış keçirməsinə icazə verməyəcəyik”

Əli Əkbər Vilayəti: “Amerikalıların hərbi mərkəzlərimizdən baxış keçirməsinə icazə verməyəcəyik”

GünAzTV: İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumunun strateji araşdırmalar mərkəzinin rəisi, dini lider Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti avqustun 5-də bir qrup tələbə ilə görüşərək İranla Amerika münasibətlərindən danışıb.

 

Vilayəti, tələbələrdən birinin ona verdiyi “Amerika İranın hərbi mərkəzlərindən baxış keçirmək niyyətində olduğunu bildirib. Sizin buna münasibətiniz nədir” sualını belə cavablandırıb: “Biz amerikalıların hərbi mərkəzlərimizdən baxış keçirməsinə icazə verməyəcəyik. Amerikalıların belə bir haqqı yoxdur və onların buna cürəti və cəsarəti də çatmaz. Bu özləri danışanlar “Don Kixot”u bizə xatırladırlar.

 

Bir zamanlar, amerikalılar elə fikirləşirdilər ki, dünyanın yeganə fövqəldövləti onlardır. Lakin vaxt keçdikcə və onların İraqda, Vyetnamda, Əfqanıstanda və digər ölkələrdə ardıcıl məğlubiyyətlərlə üz-üzə qalması bir daha göstərdi ki, bu kimi iddialar mənasız və əsassızdır. Bir daha bildirirəm ki, amerikalıların bizim hərbi mərkəzlərimizə yaxınlaşmasına və onlara yol tapmasına imkan verilməyəcək. Amerikalılar bu boşboğazlıqlarından bir xeyir görməyəcəklər. Onlar sadəcə olaraq bu kimi sözlər və iddialarla beynəlxalq arenada özlərini biabır edir, gözdən salırlar”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN