Əli Fədəvi: “Amerikanın regiondakı hərbi gəmiləri “Sepah” və ordumuzun nəzarəti altındadır”

Əli Fədəvi: “Amerikanın regiondakı hərbi gəmiləri “Sepah” və ordumuzun nəzarəti altındadır”

GünazTV: “Sepah” terror təşkilatının baş komandanının canişini Əli Fədəvi mayın 22-də jurnalistlərə açıqlamasında Amerikanın körfəz bölgəsindəki hərbi qüvvələrindən danışıb.

 

O bildirib ki, hazırda körfəz sularında vəziyyə,t İran hərbi qüvvələrinin tam nəzarətindədir: “Bu gün Amerikanın körfəz regionundakı hərbi gəmiləri “Sepah” və ordumuzun tam nəzarəti altındadır. Elə buna görə də, hesab edirəm ki, hər hansı bir nigaranlığa əsas yoxdur. Vaxtilə körfəzdə 327 hərbi gəmi var idi. Lakin bizim hərbi qüvvələrimiz nəinki bundan vahiməyə düşmədilər, hətta gördükləri bəzi tədbirlərlə qorxunu düşmənin canına saldılar.

 

Hazırda isə, Hörmüz boğazının şimal hissəsi tamamilə bizim qüvvələrin nəzarətindədir. Elə buna görə də, xarici hərbi gəmilər hərəkət etmək üçün əvvəlcə bizdən icazə almalıdırlar, yoxsa bizim sahil sularına yaxınlaşa bilməzlər.

 

Bir neçə il əvvəl də, bizim bəzi həmkarlarımız belə bir fikir irəli sürdülər ki, körfəzdə olan bütün xarici hərbi gəmilər bizimlə fars dilində danışmalıdırlar. Məhz buna görə də, bu gün körfəz sularında hərəkət edən bütün xarici hərbi gəmilərdə fars dilini bilən tərcüməçilər var. Bu isə bizim gücümüzü göstərir” –deyə Əli Fədəvi əlavə edib.

 

 

Qeyd edək ki, İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi iki həftə əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini bölgəyə göndərib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN