Əli Laricani: “Bölgədəki problemlərin həlli qonşu ölkələrin bir-biri ilə konstruktiv əməkdaşlığından asılıdır”

Əli Laricani: “Bölgədəki problemlərin həlli qonşu ölkələrin bir-biri ilə konstruktiv əməkdaşlığından asılıdır”

GünAzTV: İran parlamentinin sədri Əli Laricani martın 17-də Novruz bayramı münasibəti ilə qonşu ölkələrin parlament sədrlərinə ayrı-ayrılıqda təbrik məktubları yazaraq regionda xarici təhdidlərin qarşısında dayanmaq üçün birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.

 

Laricaninin, Azərbaycan Respublikası,Türkmənistan, Əfqanıstan, Pakistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, İraq, Türkiyə və Özbəkistanın parlament sədrlərinə yazdığı təbrik məktubunda bildirilir ki, İran həmin ölkələrlə regional məsələlər barədə əməkdaşlıq aparmağa hazırdır: “İnanıram ki, məntəqədə baş verən dəyişiklikləri nəzərə alaraq, bölgədəki mövcud problemlərin həlli və təhdidlərin qarşısını almaq, bütün ölkələrin, o cümlədən də qonşu ölkələrin bir-biri ilə konstruktiv əməkdaşlığından asılıdır. Şübhəsiz ki, parlamentlərarası danışıqlar regionda davamlı sabitliyin, təhlükəsizliyin yaranmasına və qorunub saxlanılmasına, eləcə də ölkələrimiz arasındakı dost münasibətlərin dərinləşməsinə gətirib çıxaracaq.

 

İran İslam Respublikası bölgədə təhlükəsizliyin, inkişafın, iqtisadi, siyasi və mədəni dirçəlişin bərqərar olunması üçün regional, o cümlədən də öz qonşuları ilə qarşılıqlı ehtiram prinsipi əsasında hər hansı bir əməkdaşlığın tərəfdarıdır və ona mübət yanaşır”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN