Əli Laricani: “Terrorizmin əsas ixrac mərkəzi Səudiyyə Ərəbistanıdır”

Əli Laricani: “Terrorizmin əsas ixrac mərkəzi Səudiyyə Ərəbistanıdır”

GünAzTV: İran parlamentinin sədri Əli Laricani mayın 23-də keçirilən iclasda çıxış edərək  Amerika və Səudiyyə Ərəbistanına qarşı sərt bəyanatlar səsləndirib.

 

ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərinə və Ər-Riyadda “Terrorizmə Qarşı Mübarizə Mərkəzi”nin açılışına toxunan Laricani bildirib ki, terorizmin əsas beşiyi Səudiyyə Ərəbistanının özüdür: “Bu səfər əsnasında amerikalılar Ər-Riyadı terrorizmə qarşı mübarizə mərkəzi adlandırdılar. Düz də elədilər. Çünki terrorizmin ixrac olunduğu yer də oradır. Cənab Tramp seçki kampaniyası aparanda Amerikanın ağır iqtisadi problemlərinə toxunaraq demişdi ki, o seçkilərdə qalib gəlsə, ölkənin infrastrukturunu yenidən bərpa edəcək. Ekspertlər də fikirləşirdilər ki, görəsən Tramp bunun büdcəsini hardan təmin edəcək. İndi bəlli olur ki, bu büdcə, müsəlman Səudiyyə əhalisinin milli sərvətinə qarşı edilən oğurluqla təmin edilib.

 

Cənab Tramp, siz Amerika iqtisadiyyatını dirçəldin inkişaf etdirmək üçün Səudiyyə hökumətindən aldığınız və bizim məlumatımıza görə təxminən 500 milyard dollar pulu qoyun region ölkələrinin inkişafına sərf olunsun və həmin ölkələrin gəncləri gedib terrorçu qrupların tələsinə düşməsinlər.

 

Səudiyyə Ərəbistanına gəldikdə, bu ölkə, Əfqnistanın keçmiş Sovet İttifaqı tərəfindən işğal olunmasından sonra bölgədə yaranan bütün terrorçu dəstə və cərəyanların istər açıq şəkildə, istərsə də gizli şəkildə arxasında olub və onlara dəstək verib. Bu, tarixi baxımdan bəlli bir məsələdir ki, Səudiyyə Ərəbistanı hökuməti yarandığı gündən indiyə qədər həmişə müharibə və terror işi ilə məşğul olub. Özü də, də yalnız ərəb müsəlmanlarına qarşı müharibə aparıb. Halbuki, səudiyyəlilər bu günə qədər sionistlərə qarşı bircə güllə belə atmayıblar.

 

Siz səudiyyəlilər səhvə yol verirsiniz. Bizdim ölkə “azad” bir ölkədir. Biz seçkilər yolu ilə bölgədə  “demokratiya”nı yaymaqla məşğuluq. Halbuki sizdə seçkilər və konstitusiya da yoxdur. Sizdə qadınlara avtomobil sürməyə hətta icazə verilmir. Belə olan halda sizlər İrana qarşı necə iddia qaldıra bilərsiniz. Sizin vəhhabiliyinizi nə sünnilər qəbul edir, nə də başqaları. Vəhhabilik, zorakılıq ideologiyasından başqa bir şey deyil”.

 

Xatırladaq ki, mayın 21-də Səudiyyə Ərəbistanına səfər edən Donald Tramp, 55 müsəlman ölkəsinin liderlərinin iştirakı ilə  Ər-Riyadda keçirilən birgə konfransında çıxış edərək İranın beynəlxalq terrorizmə dəstəyindən danışıb: “Bu gün, on illərlə bölgədə sabitliyin pozulmasının əsas səbəbkarı sayılan İrandan danışmaq istəyirəm. İran, on illərdir ki, regionda və digər yerlərdə terrorçulara təlim keçir, onları maddi və hərbi baxımdan təmin edir. İran, İsrailin məhv edilməsinin tərəfdarıdır. Bu ölkə Orta Şərqin sabitliyinə həmişə xələl gətirib, bunu indi də davam etdirir. Suriyada gedən savaşda isə biz bunun şahidiyik.Bu gün, Tehran rejiminin ən böyük qurbanları, İranın öz xalqı və əhalisidir. İran xalqı, rəsmi Tehranın radikalizmə, ifratçılığa və terrorizmə verdiyi dəstəkdən əziyyət çəkir. İran hökuməti terrorçuları silahlandırır, onları maddi və hərbi baxımdan dəstəkləyir. Elə buna görə də, hesab edirəm ki, İranı təcrid etmək üçün bütün millətlər bir-biri ilə həmkarlıq etməli, onun terrorçu qruplaşmalara pul və silah çatdırmasının qarşısını almalıdır”.

 

Səudiyyə Ərəbistanının kralı Salman Bin Əbdüləziz əl Səud isə həmin konfransda çıxış edərək İranı dünya terrorizminə rəhbərlikdə günahlandırıb. O bildirib ki, İran regionda öz siyasətini yürütmək üçün dindən və islamdan sui-istifadə edir: “Biz, 1979-cu ildən, yəni Xomeyni inqilabından bu günə dər dünya terrorizminin başında duran İran rejiminin din adı altında bölgədə törətdiyi cinayətləri onun xalqının hesabına yazmırıq. Biz, ümumiyyətlə millətlərin din və məzhəb əsasında bölüşdürülməsini qəbul etmirik. İrana hakim  sistem, Hizbullah, “Husi”lər, İŞİD, Əl-Qaidə və digər terrorçu qruplaşmalar bir-birinə bənzəyir, terrorizmə dəstək verirlər. Biz, İŞİD-in və bütün terrorçu qruplaşmaların məhvi uğrunda birgə mübarizəmizə və bununla bağlı iradəmizin olmasına təkid edirik”.

 A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN