Əli Mütəhhəri “Amadnews”a xəbər ötürən mənbələrin aşkara çıxarılmasını istəyib

Əli Mütəhhəri “Amadnews”a xəbər ötürən mənbələrin aşkara çıxarılmasını istəyib

GünAz TV: İran Milli Məclisinin deputatı Əli Mütəhhəri “Amadnews”a xəbər ötürən mənbələrin aşkara çıxarılmasını istəyib.

 

O, həmçinin “milli vəhdət”ə zərbə vurduğunu əsas gətirərək, Ruhallah Zəmin həbsinin “zəruri” addım kimi dəyərləndirib.

 

Mütəhhəri istintaq orqanlarını doğru araşdırma aparmağa, nüvə alimlərinin öldürülməsi üzrə məsuliyyətə cəlb edilmiş Maziyar İbrahimi və digərlərinin cinayət işindəki kimi işgəncə verməklə etiraf videosu çəkməməyə çağırıb.

 

Deputat Ruhullah Zəmə kimin və ya hansı dövlət orqanlarının məlumat ötürməsinin aşkarlanmasının zəruri olduğunu da qeyd edib.

 

Xatırladaq ki, oktyabrın 14-də “Sepah” terror təşkilatı paniranist  “Amadnews” saytının təsisçisi Ruhullah Zəmin “surpriz kəşfiyyat əməliyyatı” nəticəsində saxlandığıyla bağlı məlumat yaymışdı.

 

Məlumatda əməliyyatda ETTELAAT Nazirliyinin də iştirak etdiyi qeyd edilirdi. Digər tərəfdən, uzun müddətdir ki, ölkə içərisində mühafizəkar siyasətçilər ETTELAAT nazirini “Amadnews”la əlaqədə ittiham edirlər.

 

“Sepah”ın məlumatında Zəmin nə vaxt, hansı ölkə ərazisində və hansı şəraitdə saxlandığı ilə bağlı heç nə qeyd edilməyib.

 

Təsdiqlənməmiş, qeyri-rəsmi xəbərlərə görə, Ruhullah Zəm “Sepah”ın onun yanına yerləşdirdiyi qadın vasitəsilə həbs edilib. Belə ki, həmin qadın qısa müddət ərzində onun etibarını qazana bilib və aralarında yaxın münasibətlər yaranıb. Sonra isə qadın Ruhullah Zəmə İraq yollanıb, orada şiə mərcəi-təqlidlərindən olan Sistanidən Əli Xamneyiyə qarşı müsahibə almağı təklif edib və sonuncu bununla razılaşıb. Fransa polisinin ciddi təhlükəsizlik risklərinin olduğu barədə xəbərdarlıqlarına baxmayaraq, Ruhullah Zəm İraqa yola düşüb və orada “Sepah” tərəfindən saxlanılıb.

 

Ə.A

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN