Əli Mütəhhəri onu tənqid edən tələbə qızı təhqir edib- VİDEO

Əli Mütəhhəri onu tənqid edən tələbə qızı təhqir edib- VİDEO

GünAz TV: İran Milli Məclisinin deputatı Əli Mütəhhəri onu tənqid edən tələbə qıza qarşı təhqiramiz cavab verib.

 

Tələbənin tənqidlərinə cavab olaraq, Mütəhhəri bildirib ki, “məndə hamiləlik əleyhinə dərman var, istəsən, onu sənə verə bilərəm”.

 

Deputat Tehranın Behişti Universitetində çıxış etdiyi zaman tələbə xanım ona bildirib ki, “cənab Mütəhhəri, özünüzlə unutqanlıq əleyhinə dərman gəzdirin”.

 

Mütəhhəri isə tələbə qıza verdiyi təhqiramiz cavabda bildirib ki, “mənim üzərimdə həmişə hər cür dərman olur və əgər sən hamiləlik əleyhinə dərman istəsən, verə bilərəm”.

 

 

Deputatın tələbələr qarşısında xanımı bu formada aşağılaması insanlar arasında hiddətə səbəb olub və ölkə gündəmini zəbt edib.

 

Mütəhhəri isə “Mehr” agentliyinə verdiyi müsahibədə nəinki etdiyi çirkin əmələ görə üzr istəyəyib, əksinə tələbə xanımı bir daha təhqir edib. O, tələbə xanımı “hayasız” və verdiyi reaksiyanı “layiqli cavab” adlandırıb, bunu o tələbəni “tərbiyələndirmək üçün” etdiyini deyib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN