Əli Mütəhhəridən etiraf: “İranda siyasi məhbuslar qatil və qaçaqmalçılarla eyni zindana salınır”- Foto

Əli Mütəhhəridən etiraf: “İranda siyasi məhbuslar qatil və qaçaqmalçılarla eyni zindana salınır”- Foto

GünAz TV: İran parlamentinin spikerinin müavini Əli Mütəhhəri “Fəşafuyə” zindanında siyasi məhbus Əlirza Şirməhəmmədəlinin qətlə yetirilməsinə münasibət bildirib.

 

Əli Mütəhhəri vurğulayıb ki, İranda rəsmilər siyasi məhbusları cəzalandırmaq və qorxutmaq üçün onları ağır cinayətlər törətmiş şəxslər, eləcə də qaçaqmalçılarla bir kameraya salırlar. O, həmçinin Əlirza Şirməhəmmədəlinin ölümünə görə Pentensiar Xidmətin rəisinin və Ədliyyə Nazirinin cavab verməli olduğunu deyib.

 

Əli Mütəhhərinin bu etirafı beynəlxalq qurumların dəfələrlə İranda siyasi məhbusların hüquqlarının pozulduğu ilə bağlı yaydıqları hesabatları təsdiq edir. Belə ki, beynəlxalq insan haqları təşkilatları ötən illər ərzində dəfələrlə İranda siyasi məhbusların hüquqlarının pozulduğunu, onların ağır cinayət törətmiş şəxslərlə eyni kameralarda yerləşdirdiyini və hər an həyatlarına qarşı təhdidin mövcud olduğunu bəyan ediblər. Lakin hər dəfə iranlı rəsmilər bu faktları danmağa çalışıblar.

 

Xatırladaq ki, iyunun 11-də siyasi məhbus Əlirza Şirməhəmmədəlinin məhkumluq çəkdiyi “Fəşafuyə” zindanında digər iki məhkum tərəfindən azı 30 bıçaq zərbəsi vurularaq öldürüldüyü barədə məlumat yayılmışdı. Bir çox siyasi fəallar bunun İran rəsmilərinin sifarişi ilə həyata keçirilmiş qətl olduğunu istisna etmirlər.

Qətlə yetirilmiş siyasi məhbus Əlirza Şirməhəmmədəli

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN