Əli Rəbii: “Kronavirusa görə məktəblərin bağlanması həftə sonuna qədər davam edəcək”

Əli Rəbii: “Kronavirusa görə məktəblərin bağlanması həftə sonuna qədər davam edəcək”

GünazTV: İran hökumətinin sözçüsü Əli Rəbii martın 2-də jurnalistlərə açıqlamasında ölkədə koronavirusun yayılması səbəbindən ibtidai və orta məktəblərdə tədrisin dayandırılmasından danışıb.

 

O deyib ki, ölkədə koronavirusun sürətlə yayılmasını nəzərə alaraq, məktəblərdə tədris dayandırılıb: “Məktəblərin bağlanması həftə sonuna qədər davam edəcək” -deyə, Əli Rəbii əlavə edib.

 

İran rəsmiləri koronavirusla bağlı vəziyyəti nəzərə alaraq, hər üç gündən bir, məktəblərin bağlı qalması və ya tədrisin nə vaxt bərpa olunacağı barədə yeni bəyanatlar səsləndirirlər.

 

Həmçinin bəzi İran rəsmiləri, məktəblərin və ali təhsil ocaqlarının qarşıdan gələn Novruz bayramının sonuna qədər (fərvərdinin 15-ə qədər) bağlanması barədə təklif irəli sürsələr də, Ruhani hökuməti hələ ki, bu təklifə münasibətini açıqlamayıb.

 

 Qeyd edək ki, İran səhiyyə nazirinin müvini Əlirza Rəisi martın 2-də jurnalistlərə açıqlamasında ölkədə virusdan ölənlərin sayının 66-ya, yoluxanların isə 1501 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

 

 

Həmin mənbələrin dediyinə görə, molla rejimi virus qurbanlarının sayını azaltmaqla, öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışır.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN