Əli Şəmxani: “Biz, Suriya hökuməti istəyənə qədər bu ölkədə qalacağıq”

Əli Şəmxani: “Biz, Suriya hökuməti istəyənə qədər bu ölkədə qalacağıq”

GünazTV: İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani martın 3-də jurnalistlərə açıqlamasında islam respublikasının Suriyadakı hərbi varlığından və İranın apardığı ballistik raketlər proqramından danışıb.

 

İranın Suriyadakı hərbi varlığını davam etdirəcəyini vurğulayan Şəmxani deyib ki, bölgədə sabitlik tərəfdarları ilə sabitliyin pozulmasını istəyən qüvvələr arasında 40 ildir savaş gedir: “Bu gün tərəzinin gözü göstərir ki, regionda sabitliyin pozulmasını istəyən qüvvələrin qazandığı, məğlubiyyətdən başqa bir şey deyil. İran qüvvələri Suriya hökumətinin və onun millətinin dəvəti ilə sabitliyi qorumaq məqsədilə bu ölkəyə gedib. Aydın məsələdir ki, biz Suriya hökuməti istəyənə qədər bu ölkədə qalacaq, Suriyadakı varlığımızı davam etdirəcəyik və Netanyahunun əməlsiz bəyanatlarının və onun faydasız səfərlərinin bu məsələyə hər hansı bir təsiri olmayacaq.

 

İran raketləri məsələsinə gəlincə, bir daha bildiririk ki, biz raketlərimizin qət etməyə qadir olduğu məsafə, onların dəqiqliyi və dağıdıcılıq gücü barədə heç kəslə məşvərət etmir, raketlərimizi inkişaf etdirmək üçün heç kəsdən icazə almırıq. Sadəcə olaraq, bizim müdafiə sahəsindəki ehtiyaclarımız, bizə nə etməli olduğumuzu diktə edir”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN