Əli Şəmxani etirazçı xalqı cəzalandırmaqla təhdid edib

Əli Şəmxani etirazçı xalqı cəzalandırmaqla təhdid edib

GünAz TV: İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ölkənin digər siyasətçiləri kimi, son etirazlara bildirdiyi münasibətdə bunu “xarici qüvvələr”ə bağlayıb.

 

O iddia edib ki, nümayişlərə çıxanların bəziləri “xarici qüvvələrə bağlı iğtişaşçılar” olub və onlar hamısı aşkarlanıb, qanun qarşısında cavab verəcəklər.

 

Şəmxani xalqı güllələyərək qətlə yetirən təhlükəsizlik qüvvələri orqanlarının əməkdaşlarının məsuliyyətə cəlb edilib- edilməyəcəyilə bağlı isə heç bir söz deməyib.

 

Qeyd etmək lazımdır ki, İranda ötən həftənin cümə günü axşamından benzinin bahalaşması, ağır iqtisadi vəziyyət, yarıtmaz hökumət və digər bu kimi səbəblərə görə başlayan etiraz aksiyaları zamanı azı 106 nəfər öldürülüb, minlərlə insan həbs edilib.

 

Müxtəlif bölgələrdən yerli insanlar bildirirlər ki, etirazların şiddətlə davam etdiyi zaman təhlükəsizlik qüvvələri xalqı “iğtişaşçı” adlandırmaq üçün özləri banklar və digər mülklərə od vurub yandırırdılar.

 

Qeyd etmək lazımdır ki, Əli Şəmxani İranda ən böyük biznes imperiyası olan siyasətçilərdən biridir. Tez-tez ona və ailə üzvlərinə məxsus villalar, mülklər, torpaq sahələri və digər əmlaklar, eləcə də qanunsuz iqtisadi fəaliyyətlərlə bağlı məlumatlar mediaya dərc edilir. 

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN