Əli Şəmxani: “İslam Respublikası ölkəmizə qarşı hər hansı bir düşmənçilik hərəkətinə 10 qat daha kəskin cavab verəcək”

Əli Şəmxani: “İslam Respublikası ölkəmizə qarşı hər hansı bir düşmənçilik hərəkətinə 10 qat daha kəskin cavab verəcək”

GünAzTV: İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani sentyabrın 10-da jurnalistlərə açıqlamasında Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalardan və ölkəyə qarşı mümkün xarici təhdiddən danışıb.

 

Şəmxaninin açıqlaması, ABŞ-ın Bəhreyndəki 5-ci Dəniz Donanmasının komandanı admiral Scott Sterninin, Vaşinqtonun körfəzdə və Qırmızı dənizdə ticarət gəmilərinin sərbəst hərəkətini təmin etmək məqsədilə cari ayda hərbi təlimlər keçirəcəyi ilə bağlı səsləndirdiyi bəyanatından bir gün sonraya təsadüf edib.

 

Ölkədə avtomobil və onun ehtiyat hissələrinin istehsalı ilə məşğul olan müxtəlif şirkətlərin rəhbərləri qarşısında çıxış edən Şəmxani, Amerikanın İrana qarşı tətbiqinə başladığı sanksiyaları “zalimanə və qanunsuz” adlandırıb: “Hesab edirik ki, dünya arenasında “zərbə vur qaç” dövrü artıq çoxan başa çatıb. İslam Respublikası ölkəmizə qarşı yönələn hər hansı bir təhdidə, düşmənçilik hərəkət və addımına 10 qat daha kəskin cavab verəcək.

 

Bizim isə son günlər İraqın Kürdüstan Muxtariyyəti əraszisində yerləşən və bölgənin sabitliyini pozan bir terrorçu qruplaşmasının qərargahına endirdiyimiz raket zərbələri, bu kimi təhdidlərə tutarlı bir cavabdır”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN