Əli Şəmxani iyulun 7-dən İranın nüvə öhdəliklərini azaltmaqla bağlı 2-ci addımı başladacağını deyib

Əli Şəmxani iyulun 7-dən İranın nüvə öhdəliklərini azaltmaqla bağlı 2-ci addımı başladacağını deyib

GünAz TV: İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani iyulun 7-dən ölkəsinin nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri azaltmaq istiqamətində 2-ci addımı başladacağını bəyan edib.

 

Yerli media orqanlarında birində bununla bağlı yayımlanan məqalədə Əli Şəmxani Avropa ölkələrini “ikiüzlülük”də və “siyasi hayasızlıq”da günahlandırıb. O, avropalıların İranın nüvə razılaşmasının verdiyi imtiyazlardan istifadə edə bilməsi üçün heç bir addım atmadığını bildirib.

 

Bundan öncə İranın Atom Enerjisi üzrə Agentliyinin sözçüsü Bəhruz Kəmalvəndi bəyan etmişdi ki, 2-ci addım 300 kiloqram civarında zənginləşdirilmiş uran depolamaqla bağlı məhdudiyyəti aşmağı əhatə edəcək.

 

Şəmxani sonda vurğulayıb ki, 2-ci addım Avropanın İranın səbrində sui-istifadə etməsinin qarşısını almaq üçün atılacaq. O, 3 Avropa ölkəsinin nüvə razılaşması ilə bağlı yaydığı bəyanatı “siyasi hayasızlıq” adlandıraraq, “avropalıların razılaşma çərçivəsində nəzərdə tutulan müddəaları icra etməyə güclü iradəsi olmadığını” bildirib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN