Əli Xamneyi: “Amerika ilə heç bir səviyyədə müzakirə aparılmayacaq”

Əli Xamneyi: “Amerika ilə heç bir səviyyədə müzakirə aparılmayacaq”

GünAz TV: İranın “dini lider”i Əli Xamneyi bu gün etdiyi çıxışında ölkəsinin Amerika ilə heç bir səviyyədə heç bir müzakirə aparmayacağını deyib.

 

O, Amerika tərəfindən əvvəlcə 12 bənddən ibarət ilk şərtlə, sonradan ilk şərtsiz müzakirələrin aparılması ilə bağlı irəli sürülən təklifləri “hiylə” adlandırıb.

 

“Hamı diqqət etməli və bilməlidir ki, bu, hiylədən başqa bir şey deyil. Bəzən ön şərtsiz, bəzən isə 12 ön şərt irəli sürərək, müzakirə aparmağı təklif edirlər. Bu, ya onların xaoslu siyasətlərinin nəticəsidir, ya da bu yolla bizi çaşdırmaq istəyirlər”- deyə Əli Xamneyi iddia edib.

 

O, çıxışını Amerika əleyhinə səsləndirdiyi fikirlərlə davam edib və maksimum təzyiq siyasətinin İrana böyük təsir göstərmədiyini iddia etməyə çalışıb. Xamneyi həmçinin Trampın 1 görüşlə İranın problemlərini həll edə bilməsilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib. O deyib ki, onlar (amerikalılar-red.) bununla maksimum təzyiq siyasətinin effektiv olduğunu isbatlamaq və onu davam etdirmək üçün həmin təklifi edirlər.

 

Xamneyi sonda qeyd edib ki, Amerika nüvə razılaşmasına yenidən qayıtsa, onda Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində razılaşmanı imzalayan ölkələr formatında bu ölkə ilə birgə görüşlər keçirilə bilər.

 

Qeyd etmək lazımdır ki, sentyabrın 15-də Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı həyata keçirilən hücumlardan sonra ABŞ tərəfinin İranla müzakirələr aparacağına olan ümidləri azalıb. Hətta bəzi amerikalı rəsmilər hücumun arxasında İranın dayandığının isbata yetirildiyi təqdirdə, bu ölkəyə qarşı hərbi variantın gündəmə gətirilə biləcəyini bildiriblər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN