Əli Xamneyinin karikaturası Livanda qalmaqala səbəb olub

Əli Xamneyinin karikaturası Livanda qalmaqala səbəb olub

GünAz TV: Livanda “Corrie International” adlı fransızdilli qəzet İran inqilabının 40-cı ildönümü zamanı Əli Xamneyinin karitaturasını hazırlayıb və öz nəşrində dərc edib.

 

Bu karikatura Livanda istər media orqanları, istərsə də siyasi qruplar arasında böyük qalmaqal yaratdığından, KİV-lərə nəzarət orqanları tərəfindən onun üzərinə boz rəngli yapışqan yapışdırılıb. Lakin nəzarət orqanlarının bu addımı azad media orqanları tərəfindən ifadə azadlığının pozulması kimi dəyərləndirilib və onlar bu karikaturanı öz sayt və nəşrlərində yenidən dərc ediblər.

 

Bunun qarşılığında isə “Hizbullah” tərəfdarları bunu Əli Xamneyiyə qarşı “təhqir” adlandıraraq, karikaturanı hazırlayan və yenidən nəşr edən media qurumlarına qarşı məhkəməyə iddiası qaldırıb. Elədə də, “Hizbullah” tərəfdarları karikaturanı yayımlayan jurnalistləri təhqir və təhdid ediblər.

 

Şikayəti əsassız hesab edən jurnalistlər bildirirlər ki, Xamneyinin karikaturasının üzərinə yapışqan yapışdırılması ölkə konstitusiyasına ziddir və bu ifadə azadlığını məhdudlaşdırmaq anlamına gəlir. Onlar sonuna qədər bu mübarizəni davam etdirəcəklərini bildirirlər.

 

Qeyd etmək lazımdır ki, karikaturada İranın “dini lideri” Əli Xamneyinin etiraz edən xalqa qarşı əsəbi olduğu və əmmaməsindən çıxan alovların xalqa dəyərək, onları öldürdüyü əks olunub. Bu isə onu göstərir ki, Xamneyi ədalətsizliklərə etiraz edən xalqı nə yolla olur-olsun, repressiyaya qurban edir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN