Əlirza Əmini çətəbazların son təxribatı barədə açıqlama yayıb: “Vətənimin dərdi öz içimizdəki düşmənlərdir”

Əlirza Əmini çətəbazların son təxribatı barədə açıqlama yayıb: “Vətənimin dərdi öz içimizdəki düşmənlərdir”

GünAzTV: Azərbaycanlı milli-mədəni fəal Əlirza Əmini “Çətəçilər” bandasının Azərbaycan Milli Hərəkatına və onun əsl fəallarına qarşı son təxribatı ilə bağlı açıqlama yayıb.

 

Fəal öz açıqlamasında düşmənin öz içimizdə olması barədə xəbərdadrlıq edir: “Ulu tanrının adı ilə.

 

Yenə bir xırda balıq mavi dənizdən söz açır,

Onu boğmaz qərə su, solduğu güldən gül açır,

Dənizə bir yol açır.

 

Azərbaycanın milli-mədəni fəalları hər zaman şərəflə,vüqarla və imanla mübarizə aparıblar və yenə eşqlə ana vətən uğrunda bu mübarizəni davam etdirəcəklər. Mən Əlirza Əmini, vətənin bir əsgəri olaraq və vətən uğrunda özümü bir fədai sayaraq, “Çətəçilər”in öz mənafeyni hər şeydən üstün tutaraq Azərbaycan Milli Hərəkatına və onun sadiq fəallarına qarşı təxribat aparmasını pisləyirəm. Mən həm də bu çətəbazların gerçək milli fəallarımıza qarşı yaydığı zəhərli fikirləri və onların şəxsiyyətini ləkələməyə cəhdini qınayır, məhum edirəm.

 

Vətənin dərdi bu gün düşmən deyil, vətənimin dərdi, öz içimizdəki düşmənlərdir”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN