Əlirza Pənahiyan: “Prezident qadın haqları təbliğatçılarına bəhanə verir”

Əlirza Pənahiyan: “Prezident qadın haqları təbliğatçılarına bəhanə verir”

GünAz TV: “Dini lider” Əli Xamneyiyə yaxın olan axundlardan biri Əlirza Pənahiyan prezident Həsən Ruhaninin Nazirlər Kabinetinin son toplantısında cəmiyyətinin iki qütbə ayrılmasıyla bağlı səsləndirdiyi fikirləri tənqid edib.

 

Ruhani həmin çıxışında “ixtilaflar və iki qütblülüyün düşmənin qəbələbəsinə yol açdığını” bildirmiş, eləcə də qadınlar və fəhlələr də daxil olmaqla, hüquqlarının pozulduğunu düşünən cəmiyyətin bütün təbəqələrinin öz hüquqlarını bərpa etməyinin yeganə yolunun seçkilərdə səs vermək olduğunu demişdi. Ruhani həmçinin qarşıdan gələn Milli Məclis seçkilərində insanları aktiv iştirak etməyə və öz haqlarını qoruyacaq şəxslərə səs verməyə çağırmışdı.

 

Əlirza Pənahiyan bildirib ki, prezidentin bir tərəfdən qütbləşməni tənqid etməsiylə, digər tərəfəndən seçkilərdə qütbləşməyə çağırması qəribədir və o, bununla “qadın haqları təbliğatçılarının əllərinə bəhanə verir”. 

 

“Bəziləri qütbləşmə yaratmaqla, qarşıdan gələn parlament seçkilərində öz mənfəətlərini güdürlər. Allah qütbləşməni qızışdıran və hər kəsi hər hansı bir cinaha mənsub olmaqda ittiham edənlərə lənət etsin”- deyə axund əlavə edib.

 

Həsən Ruhaninin iki il bundan öncə etdiyi çıxışlardan biri nəticəsində də axundların böyük tənqidinə tuş gəlmişdi. O, həmin çıxışında bildirmişdi ki, “bunlar hətta yolların qırağındakı səkilərin arasında da sədd çəkib, onu iki yerə- yəni, qadın və kişi səkilərinə bölməyə çalışırlar”.

 

Ruhani ara-sıra cəmiyyətdəki bəzi nöqsanları, xüsusən də qadınlar və ifadə azadlığı ilə bağlı fikirlər səsləndirsə də, insan haqları fəalları onun prezident seçkilərindən öncə bu xüsuslarda verdiyi vədlərə əməl etmədiyini bəyan edirlər.

 

İki qütblülük futbol fanatı olan Səhər Xudayarinin ölümündən sonra İran siyasi elitasında yenidən geniş istifadəyə daxil olan termindir. Termin rejimə müxalif olanların 1 qütbə, onun dəstəkçilərinin isə digər qütbə ayırılmasını nəzərdə tutur.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN