Elmar Vəliyevə qarşı sui-qəsd planını hazırlayan şəxs məhv edilib – O mütəmadi olaraq İrana səfərlər edib / GÖRÜNTÜ

Elmar Vəliyevə qarşı sui-qəsd planını hazırlayan şəxs məhv edilib – O mütəmadi olaraq İrana səfərlər edib / GÖRÜNTÜ

GünAz TV: Elmar Vəliyevə qarşı sui-qəsd planını hazırlayan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu təhlükəsizlik qüvvələrinə qarşı silahli müqavimət göstərdiyinə görə məhv edilib.

 

Azərbaycan mətbuatının yaydığı məlumata görə, Yunis Səfərovla birlikdə Gəncə Şəhər İcra Başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan, Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahli müqavimət göstərdiyinə görə - "Aslanlar" tərəfindən məhv edilib.

 

Müəyyən edilib ki, o, 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN