Əmir Əli Hacızadə: “Düşmənin provakasiyasının məqsədi raketlərimizin havada partlaması idi”

Əmir Əli Hacızadə: “Düşmənin provakasiyasının məqsədi raketlərimizin havada partlaması idi”

GünAz TV: “Sepah”ın hava-kosmik qüvvələrinin komandanı Əmir Əli Hacızadə Qərb dövlətlərini, eləcə də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini İrana qarşı “təxribatçı” siyasət yürütməkdə günahlandırıb.

 

O deyib ki, “düşmənlərimizin təxribatının hədəfi bizim raketlərimizin havada partlaması idi və etiraf etmək lazımdır ki, onlar buna nail oldular”.

 

Hacızadə yağıntının az olması və quraqlığın hökm sürməsinin də “şübhəli” hal olduğunu, burada da “düşmənin təxribat törətdi”yi ehtimalının mövcudluğunu bildirib. O, həmçinin ölkədəki digər sosial- iqtisadi problemlərin də səbəbini “düşmənlərin təxribatı” ilə əlaqələndirib.

 

“Sepah” rəsmisi ölkənin cənubunda balıqçıların işsiz qalmasının səbəbinin isə Birləşmiş Ərəb Əmirliyi olduğunu deyib: “Birləşmiş Ərəb Əmirliyi kimi ölkənin gəlib, balıqların yeməyini dənizdən çıxararaq, aparıb çöllüyə boşaltması təbbi hal deyil”-deyə Hacızadə əlavə edib.

 

O, İran iqtisadiyyatında yaranan böyük problemlərdə Səudiyyə Ərəbistanının və BƏƏ-nin “təxribat izləri”nin mövcud olduğunu iddia edib.

 

Əmir Əli Hacızadə digər ölkələri İrana qarşı “təxribat” törətməkdə ittiham etsə də, bu hallarla bağlı heç bir sübut göstərməyib.

 

Qeyd etmək lazımdır ki, İran yanvar və fevral aylarında  iki dəfə fəzaya peyk göndərməyə cəhd göstərsə də, bu onları daşıyan raketlər havaya qalxdıqdan qısa bir müddət sonra partlamışdılar. Bundan əlavə, İran rəsmiləri hər zaman ölkənin bütün uğursuzluqları və sosial- iqtisadi problemlərinin səbəbini öz yarıtmaz idarəetmə sisteminin üzərindən atmaq üçün daim xarici amillər axtarır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN