Emmanuel Makron: “İranın raket proqramına qarşı sanksiyaların tətbiq edilməsi ehtimalı güclüdür”

2017-11-10 12:54

GunAzTV: Noyabrın 9-da Orta Şərqə səfər edən Fransa prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanına səfərindən əvvəl Dubayda jurnalistlərə verdiyi açıqlamasından Tehranla Ər-Riyad arasında yaşanan çaxnaşmadan və İranın region ölkələrini təhdid edən raket proqramından danışıb.

 

Tehranla Ər-Riyad arasındakı mövcud ixtilafların aradan qaldırılması üçün iki ölkə arasında danışıqlar aparılmasının vacibliyinə toxunan Makron deyib ki, şiə-husilərin bir neçə gün əvvəl Ər-Riyadın hava limanına atdığı raket İranda istehsal edilib: “Bu açıq-aşkar bir İran raketi idi. İranla bağlı nigaranlığa səbəb olan ciddi əsaslar var. Hesab edirəm ki, biz İranın nüvə proqramı barədə danışıqlar apardığımız kimi, bu ölkənin raket proqramı haqda da müzakirələr aparmalı, zərurət göründüyü təqdirdə bu ölkənin raket proqramına qarşı sanksiyaların tətbiq olunması məsələsini götür-qoy etməliyik. Düşünürəm ki, belə bir sanksiyaların tətbiq olunması ehtimalı çox güclüdür.

 

İran, regional bir gücdür. İranla münasibətlərdə sadəlövhlüyə yol vermək olmaz. Bizim siyasətimiz, bölgədə müttəfiqlərimizə, o cümlədən də Birləşmiş Ərəb Əmirliklərinə dəstək verməkdir. Lakin bu dəstək, regionun müvazinətinə xələl gətirməməli, çaxnaşmaya səbəb olmamalıdır. Aydın məsələdir ki, Mən Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanla görüşümdə bu məsələ və bölgədə yaşanan mövcud böhranla bağlı danışıqlar aparacağam”.

 

 

Xatırladaq ki, İranın dəstəklədiyi şiə-husilərin noyabrın 4-də Ər-Riyadın beynəlxalq hava limanına atdığı ballistik raket, yerə düşməzdən əvvəl Səudiyyə Ərəbistanının hava qüvvələri tərəfindən səmada məhv edilib.

 

Hadisədən az sonra Səudiyyə Ərəbistanının bir sıra yüksək rütbəli rəsmiləri, o cümlədən də xarici işlər naziri Adil əl Cübeyr, vəliəhd və müdafiə naziri Məhəmməd Bin Salman və Ər-Riyadın başçılıq etdiyi ərəb koalisiyasının sözçüsü Torki əl Maliki İrana qarşı ayrı-ayrılıqda bəyanatlar səsləndiriblər. Onlar, İranı Yəməndəki şiə-husiləri ballistik raketlərlə silahlandırmaqda, Səudiyyə Krallığına qarşı hərbi təcavüzdə və bununla da Səudiyyə Ərəbistanına qarşı savaş elan etməkdə günahlandırıblar.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranlı rəsmi: "Qasım Süleymaniyə düzəldilmiş heykəllər utancvericidir"- FOTO

2020-09-26

gun az article

İranda daha 3204 nəfər koronavirusa yoluxub, 172 xəstə vəfat edib

2020-09-26

gun az article

Rəsmi Əbu-Dabi: "İranın aqressiv addımları ərəb ölkələrinin İsrailə yanaşmasının dəyişməsinin əsas səbəbidir"

2020-09-26

gun az article

İranda yeni rekord: 1 dolların məzənnəsi 30 min tümənə yaxınlaşıb

2020-09-26

gun az article

Nəsrin Sütudə səhhətinin həddən artıq pisləşməsinə görə aclıq aksiyasını dayandırıb

2020-09-26

gun az article

Tramp: "Seçkilərdən sonra İranla razılaşmanın şərtləri daha da ağır olacaq"

2020-09-26

gun az article

GünazTV Sep.25.2020: Amerika Nəvid Əfkari üçün edam hökmü çıxaran hakimə sanksiya tətbiq etdi

2020-09-25

gun az article

İsfahan əyalətində daha 25 nəfər koronavirusdan vəfat edib

2020-09-25

gun az article

“Charlie Hebdo”nun keçmiş redaksiyasının binasının yaxınlığında bıçaqlı şəxs insanlara hücum edib, 4 nəfər yaralanıb

2020-09-25

gun az article

İranda koronavirusdan daha 207 nəfər ölüb, 3563 nəfər xəstəliyə yoluxub

2020-09-25

gun az article

Məcid Təxt Rəvançi: "Bayden seçilsə, İrana kompensasiya ödəsə, nüvə öhdəliklərimizi icra edəcəyik"

2020-09-25

gun az article

İranda mülki təyyarə qəzaya uğrayıb. Pilot və köməkçisi yaralanıb

2020-09-25

gun az article

İranda dolların məzənnəsi 28 750 tümənə çatıb

2020-09-25

gun az article

Əlirza Təngsiri: "Hazırda xarici ölkələrin 23 gəmisi İranda saxlanılır"

2020-09-25

gun az article

Amerika Nəvid Əfkarini edama məhkum edən məhkəmə hakiminə qarşı sanksiya qoyub

2020-09-25

gun az article

İranda Ukrayna təyyarəsinin vurulmasına etiraz edən tələbə 5 il həbsə məhkum edilib

2020-09-25

gun az article

GünazTV Sep.24.2020: Səudi Ərəbistan Kralı İranın yayılmaçı siyasətini tənqid etdi

2020-09-24

gun az article

İranda koronavirusla mübarizəyə ayrılmış pullardan 70%-dən çoxu "yoxa çıxıb"

2020-09-24

gun az article

İsraildə iki həftəlik sərtləşdirilmiş ümummilli karantin rejimi elan olunub

2020-09-24

gun az article

İranda koronavirusdan ölənlərin sayı 25 000 nəfəri keçib

2020-09-24