Ənvər Qərqaş: “İranın dağıdıcı rəftarı bölgənin əsas problemidir”

Ənvər Qərqaş: “İranın dağıdıcı rəftarı bölgənin əsas problemidir”

GünazTV: Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qərqaş mayın 15-də jurnalistlərə açıqlamasında İranın bölgənin sabitliyinə qarşı yönəlmiş dağıdıcı siyasətindən və region ölkələrinin daxili işlərinə qarışmasından danışıb.

 

Qərqaşın açıqlaması, körfəzdə Fuceyrə limanı yaxınlığında Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına və Norveçə məxsus 4 ticarət gəmisinə qarşı həyata keçirilən müəmmalı bombalı hücumlardan bir neçə gün sonraya təsadüf edib.

 

O bildirib ki, körfəzdə neft daşıyan 4 gəmiyə qarşı edilən hücumlarla bağlı aparılan araşdırmaların nəticəsi yaxın günlərdə bəlli olacaq: “Mən, bu təxribat xarakterli hücumların arxasında kimlərin durması barədə fikir söyləmək istəmirəm. Lakin İranın yürütdüyü regional siyasətindən nigaranam. Çünki, İranın dağıdıcı rəftarı bölgənin əsas problemidir. Düşünürəm ki, İran öz raketləri ilə bağlı mövcud nigaranlıqları aradan qaldırmalıdır.

 

Biz həmişə beynəlxalq birliyin bir üzvü kimi davranmışıq və indiki rəftar və mötədil siyasətimizi bundan sonra da davam etdirəcəyik. Biz həmişə dözümlü olmuşuq və bundan sonra da belə olacağıq. Lakin təəssüflər olsun ki, İranın rəftarı vəziyyəti mürəkkəbləşdirib. Daha doğrusu, İran özünün hücumçu siyasəti ilə öz qonşularının vahiməsinə səbəb olub. Bu isə qəbuledilməzdir. Hesab edirəm ki, İran bölgədə yürütdüyü siyasətinə yenidən baxmalı, öz qonşuları ilə münasibətlərini yaxşılaşdırmağa çalışmalıdır” –deyə Ənvər Qərqaş əlavə edib.

 

 

Xatırladaq ki, mayın 12-də Hörmüz boğazının 70 mil məsafəsində yerləşən Fuceyrə limanı yaxınlığında lövbər salan Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına və Norveçə məxsus dörd gəmidə partlayış baş verib və yanğın nəticəsində həmin gəmilərə çoxlu xəsarət dəyib.

 

Fuceyrə limanında neft daşıyan tankerlərə bombalı hücumların mənşəyi dəqiq bilinməsə də, İranın və ona bağlı bəzi təmsilçi qüvvələrin bu partlayışlarda əli olduğu təxmin edilir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN