Ər-Riyad Ankaranın tələbini rədd etdi

Ər-Riyad Ankaranın tələbini rədd etdi

GünAz TV: Ankaranın müvafiq sorğusuna baxmayaraq, Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalist Camal Kaşıkçının qətlində ittiham olunan şəxsləri Türkiyəyə təhvil verməyəcək.

 

Oxu.Az “Əl Cəzirə”yə istinadən xəbər verir ki, belə bir bəyanatla Səudiyyə Ərəbistanı xarici işlər naziri Adel əl-Cubeyr çıxış edib.

 

“Biz Camal Kaşıkçının qətlinin istintaqı çərçivəsində vətəndaşlarımızı Türkiyəyə verməyəcəyik”, - deyə o vurğulayıb.

 

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Kaşıkçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN