Ərakın “Hepko” zavodunun fəhlələri etiraz aksiyası keçiriblər: Əməkhaqlarını ala bilmədiklərinə görə

Ərakın “Hepko” zavodunun fəhlələri etiraz aksiyası keçiriblər: Əməkhaqlarını ala bilmədiklərinə görə

GünAz TV: Ərakın “Hepko” zavodunun fəhlələri müəssisənin fəaliyyətinin davamının qeyri-müəyyən olması və əməkhaqlarını ala bilmədiklərinə görə, avqustun 25-də etiraz aksiyası keçiriblər.

 

Aksiyaya qatılan işçilər bildiriblər ki, zavodun idarəçiliyi bərbad vəziyyətdədir və bütün işçilərin sığortaları yoxdur.

 

Fəhlələrin sözlərinə görə, onlar son 5 ayda yalnız 1 ayın maaşını bütöv şəkildə, iki ayın əməkhaqqından isə müəyyən qədər ala biliblər.

 

Etrazçılar həmçinin bildiriblər ki, işlərin həcminin azalması və Özəlləşdirmə Təşkilatı tərəfindən qəbul edilmiş idarəetmə forması səbəbindən öz işlərini itirmək təhlükəsi ilə üzüzə qalıblar.

 

Bir müddətdir ki, sifarişlərin az olmasına görə, zavod rəhbərliyi işçilərin ödənizsiz icbari məzuniyyətə çıxmasıyla bağlı göstəriş verib. Bu isə onların narahatlığına səbəb olub.

 

Qeyd etmək lazımdır ki, son aylar ərzində ağır iş şəraiti, əməkhaqlarının verilməməsi və digər bu kimi səbəblərdən İranın müxtəlif bölgələrində etiraz aksiyaları keçirilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN