Ərbilə bütün xarici uçuşlar dayandırılır

Ərbilə bütün xarici uçuşlar dayandırılır

GünAz TV: Şimali İraq Kürd Muxtariyyətinin keçirdiyi separatçı referendumundan sonra bu bölgəyə sanksiyalar tətbiq olunur.

 

Məlumata görə, İraqın Ərbilə uçuşları dayandırmasının, İranın bu bölgəyə gedən hava və quru yolunu bağlamasının ardından muxtariyyətin mərkəzinə bütün xarici uçuşlar cümə günü dayandırılacaq.

 

Bu haqda AFR agentliyinə Ərbil beynəlxalq hava limanının rəhbəri Talar Faiq Saleh bildirib.

 

O, Ərbilə bütün xarici uçuşların cümə günü axşam saat 18:00-dan etibarən dayandırılacağını deyib. Xarici aviaşirkətlərin bu qərarının İraq hökumətinin tələbi ilə bağlı olduğu bildirilir.

 

Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyətinin ərazisində biri Ərbildə, digəri Süleymaniyyədə olmaqla, iki beynəlxalq hava limanı vardır.

İraqın baş naziri Heydər-əl Abadi çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Şimali İraqda fəaliyyət göstərən hava limanlarının idarəçiliyinin İraq hökumətinə verilməsi üçün kürd muxtariyyətinə üç gün vaxt vermişdi. Əks təqdirdə bu hava limanlarına beynəlxalq uçuşları dayandıracaqlarını bildirmişdi.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN