Ərdoğan: “ABŞ-ın sanksiyalarına baxmayaraq, biz İrandan neft və qaz idxalını davam etdirəcəyik”

Ərdoğan: “ABŞ-ın sanksiyalarına baxmayaraq, biz İrandan neft və qaz idxalını davam etdirəcəyik”

GünazTV: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də jurnalistlərə açıqlamasında ölkəsinin İranla ticari əlaqələrindən və Amerikanın İrana qarşı sanksiyalarından danışıb.

 

BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakdan sonra Türkiyəyə qayıdarkən Nyu-Yorkda jurnalistlərə açıqlama verən Ərdoğan deyib ki, onun hökuməti Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalarına baxmayaraq, islam respublikasından neft və qaz idxalını dayandırmayacaq: “Bizim üçün İranla ticari əlaqələrimizi kəsmək və iqtisadi əməkdaşlığımızı dayandırmaq mümkün deyil. Biz, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, İrandan neft və tibii qaz idxalını davam etdirəcəyik.

 

Biz, İranla ticari əlaqələrimizi saxladığımıza görə Amerikanın bizə qarşı mümkün sanksiyalar tətbiq etməsindən nigaran deyil, qonşumuz olan İranda ticari və iqtisadi əməkdalığımızı dayandırmayacağıq” –deyə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

 

Qeyd edək ki, Amerika hökuməti 2018-ci il, mayın 8-də nüvə sazişindən çıxdıqdan sonra İrana qarşı geniş sanksiyalar tətbiq etsə də, istisna olaraq, İrandan neft və qaz alan 8 ölkəyə alternativ variantlar tapana qədər bu ölkədən neft və qaz idxalını davam etdirmələrinə razılıq verib. Amerikanın İran neftinin müştərilərinə etdiyi bu müvəqqəti güzəşti, cari ilin may ayında dayandırılıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN