Ərdoğan AKP-yə qayıtdı

2017-05-02 16:07

GünAz TV: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 33 ay sonra yenidən qurucusu olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olub.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, aprelin 16-da qəbul edilən Konstitusiyaya (anayasa) əlavə və dəyişikliklər prezidentə partiya üzvü və partiya sədri olmaq hüququ verib.

 

Bu gün Ərdoğanın partiyaya üzv olması ilə bağlı Ankarada AKP-nin mərkəzi qərargahında mərasim keçirilib. Mərasimdə AKP rəhbər orqanlarının üzvləri, millət vəkilləri qatılıblar. Binəli Yıldırım Ərdoğana AKP-yə üzvlüyü ilə bağlı bəyannaməni təqdim edib və  Ərdoğan sənədi imzalayıb. Bununla da Ərdoğan partiyaya rəsmən yenidən üzv olub. Növbəti mərhələdə Ərdoğanın AKP-nin sədri seçilməsi üçün mayın 21-də növbədənkənar qurultay keçiriləcək.

 

Qeyd edək ki, Ərdoğan prezident seçilməsi ilə əlaqədar 2014-cü ilin avqustunda AKP üzvlüyündən və partiyanın sədri postundan istefa verib.

 

Xatırladaq ki, AKP 14 avqust 2001-ci ildə yaradılıb. Partiya 2002-ci il noyabrın 3-də keçirilən parlament seçkilərində qələbə çalaraq hakimiyyətə gəlib. Həmin vaxt məhkəmənin barəsində siyasətlə məşğul olmasının qadağan edilməsinə dair qərarı olduğu üçün R. T. Ərdoğan seçkilərdə iştirak edə bilməyib. Barəsindəki siyasi qadağa aradan qaldırıldıqdan sonra 9 mart 2003-cü ildə Siirtdən deputat seçilib. Bununla əlaqədar 11 mart 2003-cü ildə Abdulla Gül hökuməti istefa verib. R. T. Ərdoğanın rəhbərliyi ilə həmin il martın 14-də yeni hökumət qurulub. AKP sədri olduğu 2002, 2007 və 2011-ci illərdə keçirilən parlament, 2004, 2009 və 2014-cü illərdə bələdiyyə seçkilərində partiyası qalib gəlib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib-VİDEO

2021-08-05

gun az article

Bayden Ermənistan və Azərbaycanı danışıqlara çağırdı

2021-08-05

gun az article

"Yanğın söndürülənə qədər Türkiyədə qalacağıq" - Cavid Qəhrəmanov

2021-08-05

gun az article

Azərbaycanın amfibiya təyyarəsi Türkiyəyə yola salınıb-VİDEO

2021-08-05

gun az article

ABŞ-da miqrantları daşıyan avtobus aşıb, 11 nəfər ölüb, 12 nəfər yaralanıb

2021-08-05

gun az article

Mövlud Çavuşoğlu: “Cənab İlham Əliyevin təlimatı əsasında sabah Azərbaycandan Türkiyəyə yeni heyət gələcək”

2021-08-04

gun az article

Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi

2021-08-04

gun az article

Azərbaycanda 996 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

2021-08-04

gun az article

Suriyada Əsəd hərbçilərinin avtobusu partlayıb, ölən və yaralananlar var

2021-08-04

gun az article

İran tərəfindən qaçırıldığı iddia olunan gəmi BƏƏ sahillərində sərbəst buraxılıb

2021-08-04

gun az article

Gürcüstanda koronavirusun dördüncü dalğası pik həddə çatıb

2021-08-04

gun az article

Azərbaycan və Yaponiya XİN başçıları telefonla danışdı

2021-08-04

gun az article

Daha 3 qazimiz Türkiyəyə göndərildi

2021-08-04

gun az article

Füzulidə daha bir erməni hərbçinin qalıqları tapıldı

2021-08-04

gun az article

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub

2021-08-04

gun az article

Türkiyə və Azərbaycan yanğınsöndürənləri Dənizli bölgəsindəki yanğını söndürüb

2021-08-04

gun az article

Pakistanlı ekspert: "Ermənistanın təxribatları regionda sabitliyi pozur"

2021-08-04

gun az article

Azərbaycanlı güləşçi Olimpiadada gümüş medal qazanıb

2021-08-04

gun az article

Uydurma “erməni soyqırımını” ifşa edən yeni kitab nəşr edildi

2021-08-04

gun az article

MN: "Azərbaycan Ordusuna məxsus PUA-nın Ermənistan ərazisinə keçməsi məlumatı yalandır"

2021-08-04