Ərdoğan Bakıda -RƏSMİ SƏFƏRDƏDİR

Ərdoğan Bakıda -RƏSMİ SƏFƏRDƏDİR

GünAz TV: Prezident Ərdoğan 25 fevral 2020-ci il tarixində Azərbaycana etdiyi rəsmi səfər çərçivəsində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasına qatılacaq.

 

İclas Azərbaycan və Türkiyə Prezidentlərini həmsədrliyi ilə keçiriləcək.

 

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası çərçivəsində ölkələrə arasında ticarət, müdafiə, hərb, idman və bir sıra sahələri əhatə edən doqquz müqavilənin imzalanması nəzərdə tutulur.

 

Bunlar arasında 15 fərqli məhsul üzərində qarşılıqlı olaraq gömrük rüsumunun ləğvi və endirilməsini nəzərdə tutan preferensial ticarət haqqında müqavilə ön plana çıxır.

 

Görüş zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi imkanları nəzərdən keçiriləcək, regional məsələlərlə yanaşı, beynəlxalq məsələlər haqqında da fikir mübadiləsi aparılacaq.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN