Ərdoğan Əsədlə gizli görüşü barədə xəbəri təkzib etdi

Ərdoğan Əsədlə gizli görüşü barədə xəbəri təkzib etdi

GünAz TV: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya diktatoru Bəşər Əsədlə gizli görüşməsi barədə yayılan məlumatlara münasibət bildirib.

 

"Hurriyet"in verdiyi məlumata görə, Ərdoğan Qazaxıstan səfərindən Türkiyəyə dönərkən təyyarədə jurnalistlərə müsahibəsində görüş barədə xəbəri təkzib edib: "Əsədlə görüşməmişəm, görüşmək niyyətim də yoxdur!".

 

Xatirladaq ki, Astanada Suriya üzrə danışıqlarda barışığın zamini kimi Rusiya, İran və Türkiyə iştirak edir.

 

Suriya üzrə danışıqların altıncı raundu Astanada 14-15 sentyabrda olacaq.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN