Ərdoğan ilk səfərini Azərbaycana etdi

Ərdoğan ilk səfərini Azərbaycana etdi

GünAz TV: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir, onun Bakı səfəri bir gün sürəcək.

 

Bu, iyunun 24-də keçirilən prezident seçkisində qalib gəlmiş R.T.Ərdoğanın yeni dönəmdə dövlət başçısı kimi xarici ölkəyə ilk rəsmi səfəridir.

 

Artıq prezident R.T.Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Mərasimdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

 

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olundu.

 

Söhbət  zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

R.T.Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Bakıdan Şimal Kipr Türk Cümhuriyyətinə yola düşəcək.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN