Ərdoğan planı işə düşdü: Türkiyə parlamenti dəyişikliyə "hə" dedi

Ərdoğan planı işə düşdü: Türkiyə parlamenti dəyişikliyə

GünAz TV: Türkiyə Böyük Millət Məclisinin baş məclisində, konstitusiya (anayasa) dəyişikliyi təklifinin maddələrinin müzakirəsi olub.

 

Keçirilən gizli səsvermədə iştirak edən 480 millət vəkilindən 338-i dəyişikliyin lehinə səs verib.

 

134 deputat konstitusiyaya dəyişikliyin əleyhinə çıxıb. 2 nəfər bitərəf qalıb, 5 nəfər səs verməyib. 1 millət vəkilinin səsi isə etibarsız sayılıb.

 

Bununla da Türkiyədə referendumun keçiriləcəyi rəsmiləşib. Ümumxalq səsverməsinin 2017-ci ilin yazında keçiriləcəyi gözlənilir.

 

Qeyd edək ki, konstitusiyaya əsas dəyişiklik Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçidi və baş nazir postunun ləğv edilməsini nəzərdə tutur.

 

Layihə, həmçinin, prezidentə partiya üzvlüyünü saxlanılmasını, qanunverici və icra səlahiyyətlərinin genişləndirilməsini, habelə Nazirlər Kabinetini formalaşdırmaq hüququnun verilməsini nəzərdə tutur.

 

Dəyişikliklər, həmçinin, millət vəkillərinin sayını 550-dən 600-dək artırılmasını və namizədlərin minimal yaş həddinin 18 yaşadək endirilməsini nəzərdə tutur.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN