Ərdoğan: Türkiyə Suriya ilə bağlı öz planını həyata keçirməyə hazırdır

Ərdoğan: Türkiyə Suriya ilə bağlı öz planını həyata keçirməyə hazırdır

GünAz TV: Sentyabr ayının sonuna qədər Suriyanın şimalında təhlükəsizlik bölgəsi yaradılması üzrə əməliyyat başlamazsa, Türkiyə Suriya ilə bağlı öz planını həyata keçirəcəkdir.

 

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatya vilayətində deyib.

 

Ərdoğan qeyd edib ki, Türkiyə ilə Amerika Birləşmiş Ştatları (ABŞ) təhlükəsizlik zonası yaratmağı müzakirə etməyə davam edir, lakin hər mərhələdə Türkiyə ilə ABŞ-ın hədəflərinin fərqli olduğu aydın olur.

 

Qeyd edək ki, avqustun 7-də Türkiyə və ABŞ Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq barədə razılığa gəliblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN