Ərdoğan türkləri Angela Merkel əleyhinə səs verməyə çağırıb

2017-08-19 13:16

GünAz TV: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya hökumətini və bu ölkənin aparıcı siyasi partiyalarını sərt tənqid edib.

Bu barədə Apa Türkiyə mətbuatına istinadən xəbər yayıb.

Məlumata görə,  R. T. Ərdoğan cümə namazından çıxarkən sualları cavablandırıb. O, Almaniya kansleri Angela Merkelin Türkiyə ilə Avropa İttifaqı arasında gömrük birliyi müqaviləsinin yenilənməsinə və Türkiyəyə Aİ xətti ilə maddi yardımları ayrılmasına qarşı çıxmasına münasibət bildirib.

 

R. T. Ərdoğan deyib ki, seçki ərəfəsində olan Almaniya öz daxili çəkişmələrini dövlətlərarası münasibətlərə daşıyır: “Almaniya Aİ qaydalarına əməl etməyən ölkədir. Aramızdakı problemlərə görə məsuliyyət daşıyan axtarılırsa, bu, Almaniyadır. Orada 25-30 gün sonra keçiriləcək seçki öncəsində xristian-demokratlar və sosial-demokratlar az qala “Türkiyəni nə qədər çox sıxışdırsaq, o qədər səs alarıq” havasına düşüblər. Mən də Almaniyadakı bütün soydaşlarımıza deyirəm ki, qətiyyən səhv edib bunları dəstəkləməyin. Nə xristian-demokratları, nə sosial-demokratları, nə yaşılları. Bunların hamısı türk düşmənidir. Orada hazırda Türkiyəyə qarşı düşmənçilik etməyən partiyalara dəstək verin. Çünki artıq bu, Almaniyada yaşayan bütün vətəndaşlarımızın qürur məsələsidir. Orada 1 milyona yaxın səs hüququ olan türk seçici var. Düşünürəm ki, onlar Türkiyəyə bu cür hörmətsizlik edən siyasi partiyalara lazımi dərsi verməlidir”.

 

R. T. Ərdoğan Almaniyadan orada olan türkiyəli terrorçuların təhvil verilməsini istədiklərini, şəxsən özünün Angela Merkelə 4500 terrorçunun siyahısını təqdim etdiyini, lakin hər hansı nəticə əldə olunmadığını söyləyib: “Hazırda onların bizdə həbsdə olan 3-5 vətəndaşı var, davamlı onları bizdən istəyirlər. Lakin onların məhkəmələri varsa, bizlərin də var. Məhkəmə bu məsələdə qərarını verməlidir, sonra lazım olan nədirsə, onu edərik”.

 

Qeyd edək ki, hazırkı Almaniya hökuməti xristian-demokratlar və sosial-demokratların koalisiyasından ibarətdir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

وتو روسیه و چین میلیون ها سوری را از امداد محروم می کند

2020-07-09

gun az article

Pompeo: “BMT Təhlükəsizlik Şurası İrana silah satışına qarşı qoyulan sanksiyanın vaxtını uzatmalıdır”

2020-07-09

gun az article

İranlı rəsmi: “Keçirilən hər bir toy və ya yas mərasimində 40-50 nəfər koronavirusa yoluxur”

2020-07-08

gun az article

GünazTV July.08.2020: “F1 və M1 vizası ilə Amerikada olanların aqibəti necə olacaq? Amerika məktəblərinin açılması üçün prezident Trampın son qərarı”.

2020-07-08

gun az article

Türkiyə XİN başçısı bu gün Britaniyaya səfər edəcək

2020-07-08

gun az article

İranda nazirliklər və dövlət idarələrini artıq "Bəsic" qoruyacaq

2020-07-08

gun az article

İranda təyyarə qəzasında təqsirləndirilən rəsmilərin mühakiməsi başlayır

2020-07-08

gun az article

İranda daha 153 nəfər koronavirusdan ölüb, 2691 nəfər xəstəliyə yoluxub

2020-07-08

gun az article

Əlirza Zali: “Tehranda koronavirusla bağlı əvvəlki məhdudiyyətləri yenidən bərpa etməliyik”

2020-07-08

gun az article

Ərəbistan dünya ictimaiyyətini İrana təzyiq göstərməyə çağırıb

2020-07-08

gun az article

Kirmanşah əyalətində koronavirusdan ölənlərin sayı 12 dəfə artıb

2020-07-08

gun az article

İranlı deputat Nətənz zavodunda baş verən yanğına görə MAGATE müfəttişlərini günahlandırıb

2020-07-08

gun az article

GünazTV July.07.2020: “Koronovirusdan qorunmaq üçün tətbiq edilən qaydalar dəyişə bilər. Üümumdünya Səhiyyə Təşkilatı yeni ciddi məlumatları araşdırır”.

2020-07-07

gun az article

İranın Venesuelada təmir etdiyi neft emalı zavodu yanıb

2020-07-07

gun az article

İranın İlam əyalətində 156 yeni “Covid-19”a yoluxma halı aşkar edilib, 1 nəfər vəfat edib

2020-07-07

gun az article

İranda daha 200 nəfər koronavirusdan ölüb, 2637 yeni “Covid-19” xəstəliyinə yoluxma faktı qeydə alınıb

2020-07-07

gun az article

Mossad İranın İsrail səfirliklərinə qarşı hazırladığı hücum planlarını neytrallaşdırıb

2020-07-07

gun az article

Möhsün Haşimi: “Tehranda bir gün ərzində 70 nəfər koronavirusdan vəfat edib”

2020-07-07

gun az article

FİFA-nın qərarı ilə "Persopolis" klubu sabiq məşqçisinə 750 min dollar təzminat ödəyəcək

2020-07-07

gun az article

İranın Hormozqan əyalətində 4,8 bal gücündə zəlzələ olub

2020-07-07