Ərdoğan türklərin qarşısında çıxış edib – Yunanistanda

Ərdoğan türklərin qarşısında çıxış edib – Yunanistanda

GünAz TV: Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan Yunanıstanda, Gümülcinedə həmvətənləri ilə görüşərək onlara müraciət etdi.

 

Ərdoğan müraciətində:"Yunanıstan ilə ikitərəfli münasibətlərimizin inkişaf etməsi azlıqda olan vətəndaşlarla əlaqədar problemlərin həllini də asanlaşdıracaq. Bu problemlərin həlli isə Türkiyə ilə Yunanıstanı bir-birinə daha da yaxınlaşdıracaq. Türkiyədə bütün vətəndaşlarımız kimi yunan mənşəli vətəndaşlarımızın da həyat keyfiyyətlərini artırmağa çalışırıq. Eyni münasibəti Yunanıstandan da gözləyirik"dedi.

 

Türkiyə prezidenti Qərbi Trakiya Türklərinə xitabən bunları söylədi ": Sizin Lozanna müqaviləsi və bəşəri insan haqları anlayışına uyğun olaraq hər növ imkandan istifadə etməyinizi istəyirik. Bu çərçivədə  Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının həyata keçirilməsini gözləyirik. Yunanıstan dövləti, mənim həmvətənlərimin assimilyasiya olmasını istəməməlidir. Çünki biz heç bir fərqli etnosdan bunu bu günə qədər istəməmişik və istəmirik". TRT

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN