Ərdoğandan Bərzaniyə Kərkük xəbərdarlığı – “O bayrağı oradan tez endirin...”

Ərdoğandan Bərzaniyə Kərkük xəbərdarlığı – “O bayrağı oradan tez endirin...”

GünAz TV: “Kərkükdə İraq dövlətinin bayrağı ilə yanaşı ikinci bir bayrağın asılmasını qəti şəkildə səhv sayıram. O bayrağı ora asanlar anlasınlar ki, separatçılıqla məşğul olurlar. İraq Regional Kürd hökumətinə müraciət edirəm, bu bayrağı oradan çıxardın, bədəli sizin üçün ağır olar.”

 

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Kərkük şəhərində İraq Regional Kürd hökumətinin bayrağının asılmasına münasibət bildirərkən deyib. Ərdoğan bəzi qüvvələrin Suriyadan sonra, indi də İraqda oyunlar qurduğunu bildirib.

 

“Guya bizi Suriyada sıxışdıracaqlardı. “Fərat Qalxanı” əməliyyatı ilə bu oyunu pozduq. Cerablus və Əl Babda İŞİD-i çökdürdük. İraqda Sincar, Telafər və Kərkükdə yeni oyunlar qururlar. Onları da başlarına keçirəcəyik. Buradan səslənirəm. İkinci bayraq asmaqla separatizm edirsiniz. Kərkük kürdlərindir cəfəngiyyatını heç vaxt qəbul etmirik. Bunu bədəlini ağır ödəyərsiniz. Kərkük orada yaşayan türkməni ilə, ərəbi ilə, kürdü ilə hamısınındır. Bizimdir deyərək belə bir iddianın içərisinə girməyin. Bizimlə münasibətlərinizi pozarsınız, dərhal o bayrağınızı endirin” deyə Ərdoğan Bərzaninin rəhbərlik etdiyi İraq Regional Kürd hökumətinə xəbərdarlıq edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN