Ərdoğanla Tillerson görüşəcək

Ərdoğanla Tillerson görüşəcək

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri çərçivəsində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.

 

Bu barədə cümə günü Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, dövlət katibi Ankaraya martın 30-da yollanacaq. Tillerson orada Ərdoğanla yanaşı, digər yüksək vəzifəli şəxslərlə də görüşəcək. Görüşlərdə NATO çərçivəsində əməkdaşlıq və İŞİD terror qruplaşması ilə mübarizənin “gələcək yolları” müzakirə olunacaq.

 

Ardınca Tillerson NATO-nun baş qərargahına getmək üçün Brüsselə yola düşəcək.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN