Ərəb baharının küləyi Mərakeşə doğru gəlir

Ərəb baharının küləyi Mərakeşə doğru gəlir

GünAz TV: «Mərakeşin şimalında davam edən hökumət əleyhinə nümayişlər ölkənin digər ərazilərinə də yayılmağa başlayıb».

 

Paytaxt Rabatda minlərlə adam  əl-Huseyma şəhərindəki etirazçılara dəstək vermək və başda müxalif lider Nasir Zəfrafi olmaqla nəzarətə alınanların buraxılması tələbiylə aksiya keçiriblər. Bab əl-Hədd Meydanında bir araya gələn nümayişçilər şüarlarla parlament binasının önünə qədər gedib.

 

Ölkə ərazisinə yayılmağa başlayan nümayişlərin fitili, əksəriyyətlə bərbərilərin yaşadığı əl-Huseyma şəhərində ötən oktyabr ayında bir balıqçının polisin əlindən aldığı balıqlarını zibil yük maşınından götürməyə çalışarkən presləmənin arasında sıxışaraq həyatını itirməsinin ardından alovlanmışdı. Huseymadakı hadisələrdə nəzarətə alınanların sayının isə 104-ə çatdığı ifadə edilir.

 

R.X


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN