Ərəb Koalisiyası: “Husilərin İranın göstərişi ilə həyata keçirdiyi hücumlar Səudiyyə Krallığından başqa dünya iqtisadiyyatına da təhdiddir”

Ərəb Koalisiyası: “Husilərin İranın göstərişi ilə həyata keçirdiyi hücumlar Səudiyyə Krallığından başqa dünya iqtisadiyyatına da təhdiddir”

GünazTV: Yəmənin qanuni hökumətini dəstəkləyən Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb Koalisiyasının sözçüsü polkovnik Torki əl-Maliki mayın 17-də jurnalistlərə açıqlamasında “İrandan göstəriş alan” yaraqlı husilərin region ölkələrinə qarşı təhdidindən danışıb.

 

İranın region ölkələrinə qarşı təmsilçi müharibə apardığını bildirən Torki əl-Maliki bildirib ki, Yəməndəki yaraqlı husilər “Sepah”ın göstərişlərini yerinə yetirir, hücumlar həyata keçirir: “Husilərin İranın göstərişi ilə həyata keçirdiyi hücumları nəinki Səudiyyə Krallığına, hətta dünya iqtisadiyyatına qarşı da təhdiddir. Bunun isə qarşısı alınmalıdır.

 

Ərəb Koalisiyasının vəzifəsi isə Bab ül-Məndəb boğazının təhlükəsizliyini və Qırmızı dənizin cənub hissələrini qorumaqdır. Ərəb Koalisiyası üzərinə düşən bu vəzifəni layiqincə yerinə yetirmək və hər hansı bir ziyanın qarşısını almaq üçün keçirdiyi əməliyyatlarda ən yüksək beynəlxalq standart şərtlərinə riayət edir” –deyə polkovnik Torki əl-Maliki əlavə edib.

 

 

Xatırladaq ki, mayın 12-də Füceyrə limanı yaxınlığında lövbər salan Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına və Norveçə məxsus dörd gəmidə partlayış baş verib və yanğın nəticəsində həmin gəmilərə çoxlu xəsarət dəyib. Bombalı hücumun mənşəyi barədə dəqiq dəlil-sübutlar olmasa da, İranın və ona bağlı muzdlu silahlı qruplaşmaların bu partlayışlarda əli olduğu təxmin edilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN