Ərəb koalisiyasının sözçüsü: “İran husiləri pilotsuz uçan aparatlarla təchiz edir”

Ərəb koalisiyasının sözçüsü: “İran husiləri pilotsuz uçan aparatlarla təchiz edir”

GünAzTV: Səudiyyə Krallığının başçılıq etdiyi ərəb koalisiyası qüvvələrinin sözçüsü polkovnik Torki əl Maliki, aprelin 16-da jurnalistlərə açıqlamasında, İranın yaraqlı husiləri pilotsuz uçan aparatlarla (pilotsuz təyyarələrlə) təchiz etməsindən danışıb.

 

O, bildirib ki, İranın Yəməndəki yaraqlı husilərə gizli şəkildə pilotsuz təyyarələr verməsi beynəlxalq qanunlara zidd addımdır: “Təəssüflər olsun ki, İran husilərə uzaqdan idarə olunan pilotsuz uçan aparatlar verir, onlar isə həmin qurğulardan ölkəmizə qarşı istifadə edir. Bu isə qəbuledilməzdir. Hazırda husilərin İrandan aldığı həmin pilotsuz uçan aparatlar Sənanın hava limanında saxlanılır və bu baxımdan bu aeroport ölkəmizə qarşı bir hərbi bazaya çevrilib. Biz, həmin hava limanında aparılan bütün fəaliyyətləri diqqət mərkəzində saxlayırıq.

 

Bundan başqa, ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri, husilərin aprelin 11-də Səudiyyə Krallığının Əbha hava limanına atdığı raketi səmada məhv edib”.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanınn hava hücumundan müdafiə sistemləri, son aylar husilərin Yəməndən Ər-Riyada və Səudiyyə Krallığının digər ərazilərinə atdığı ən azı 7 ballistik raketi səmada məhv edib. Sonradan isə husilərin həmin raketləri İrandan aldığı aşkar edilib.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN