Ərəb müğənni İran televiziyasında ərəb şəhərlərinin öz adlarının geri qaytarılmasını istəyib

Ərəb müğənni İran televiziyasında ərəb şəhərlərinin öz adlarının geri qaytarılmasını istəyib

GünAz TV: Ərəb müğənni Əli Karuni İran Dövlət Teleradio Şirkətinin 3-cü kanalında fitr bayramı münasibətilə dəvət olunduğu verilişdə Xuzestan vilayətinin şəhər və kəndlərinin adlarının geri qaytarılmasını istəyib.

 

O, mövcud fars adlarının saxta olduğunu deyib. İran rəsmilərinə müraciət edən müğənni qeyd edib ki, uzun müddətdir şəhər və kəndlərin ərəb adları saxtalaşdırılaraq, fars sözləri ilə əvəz edilir. Əli Karuni bütün ərəb xalqının bu prosesə qarşı olduğunu və bölgələrin öz ərəb adlarının geri qaytarılmasını istədiyini deyib.

 

Qeyd etmək lazımdır ki, İran rejimi bir çox bölgələrdə yerli əhalinin ana dilində olan yaşayış bölgələrinin adlarını farslaşdırır. Uzun illərdir ki, Güney Azərbaycanda da müxtəlif bölgələrin adları fars adları ilə əvəz edilir. Əhali buna etiraz etsə də, rejim öz farslaşdırma və şovinist siyasətinə davam edir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN