Ərəb Ölkələri Liqası Suriyada kimyəvi silahdan istifadə edilməsini qınayıb

Ərəb Ölkələri Liqası Suriyada kimyəvi silahdan istifadə edilməsini qınayıb

GünAz TV: Ərəb ölkələrinin liderləri Suriya hökümətinin ölkədə kimyəvi silahdan istifadə etməsini qınayıb və beynəlxalq araşdırma tələb ediblər.

 

Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanın xarici işlər naziri Adel əl-Cübeyr bildirib.

 

Nazir deyib: "Ərəb Ölkələri Liqası Sammiti Suriya rejiminin öz xalqına qarşı kimyəvi silahdan istifadə etməsini ciddi şəkildə qınayır".

 

Sammitdə Amerika Birləşmiş Ştatları (ABŞ), Böyük Britaniya və Fransa Silahlı Qüvvələrinin Suriyada dövlət obyektlərinə endirdiyi hava zərbələrindən sonra ölkədəki vəziyyətə xüsusi diqqət yetirilib.

 

Ərəb ölkələrinin bu hava hücumuna dair fikirləri ayrılıb: Qətər, Səudiyyə Ərəbistanı və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlığı Şurasının digər üzvləri hava zərbələrini dəstəkləyiblər, Livan (Lübnan), Əlcəzair və İraq isə qarşı çıxıb.

 

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Fransa aprelin 14-ü səhər saatlarında Suriyanın kimyəvi silah hazırlandığı ehtimal edilən dövlət obyektlərinə hava zərbələri endirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN