Ərəbistan İran heyətinə İslam Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün viza verməyib

Ərəbistan İran heyətinə İslam Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün viza verməyib

GünAz TV: Səudiyyə Ərəbistanı “Əsrin sövdələşməsi”nə görə təşkil edilmiş İslam Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək istəyən İran heyətinə viza verməkdən imtina edib.

 

Bu barədə məlumat yayan İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Hüseyn Cabiri Ənsarinin başçılıq etdiyi nümayəndə heyətinin bu səbəbdən iclasda iştirak edə bilməyəcəyini deyib. Hələlik rəsmi Ər-Riyad məsələyə münasibət bildirməyib.

 

İƏT-in İcra Komitəsinin təşkil etdiyi həmin fövqəladə iclas bu gün Xarici İşlər nazirləri səviyyəsində Ərəbistanda öz işinə başlayacaq.

 

Qeyd etmək lazımdır ki, regional nüfuz uğrunda son illər rəsmi Tehranla Ər-Riyad arasında onsuzda soyuq olan münasibətlər daha da pisləşib. 2016-cı ildə Tehranda və Məşhəddə Ərəbistanın diplomatik nümayəndəliklərinə İran rejiminə bağlı şəxslərin hücumundan sonra isə Ər-Riyad İranla diplomatik münasibətləri kəsib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN