Ərəbistandan Təhlükəsizlik Şurasına: “İranın dağıdıcı davranışının qarşısını alın”

Ərəbistandan Təhlükəsizlik Şurasına: “İranın dağıdıcı davranışının qarşısını alın”

GünAz TV: Səudiyyə Ərəbistanı bu gün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına göndərdiyi məktubda İranın regionda yürütdüyü dağıdıcı siyasətin qarşısının alınmasını istəyib.

 

Məktubda rəsmi Tehranın Yaxın Şərq ölkələrinə qarşı yürütdüyü provokativ siyasətlər və bunların doğura biləcəyi təhlükələrdə işarə edilib.

 

Səudiyyə Ərəbistanı həmçinin İrana bağlı terror təşkilatlarının və yaraqlıların region ölkələrinə, eləcə də beynəlxalq ictimaiyyətə qarşı yaratdığı təhdidləri vurğulayıb.

 

Məktubda Təhlükəsizlik Şurasından İrana qəti cavab verilməsi və lazımi qanuni addımların atılması tələb edilir.

 

Rəsmi Riyad regionda yeni müharibəyə qarşı olduğunu və bunun baş verməməsi üçün zəruri olan bütün addımları atacağını qeyd edib.

 

Qeyd etmək lazımdır ki, İran himayə etdiyi müxtəlif terror təşkilatları və yaraqlılar vasitəsilə region ölkələrinə qarşı terror hücumları təşkil edir. Beynəlxalq ictimaiyyət Yaxın Şərqdə mövcud qeyri-stabil vəziyyətə görə İranı günahlandırır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN